Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat Nazirliyində görüş

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iqtisadiyyat naziri ABŞ ilə iqtisadi tərəfdaşlığın inkişaf etdiyini qeyd edib. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini vurğulayan nazir Azərbaycanın ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, regional təhlükəsizlik və əməkdaşlıq, iqlim dəyişikliyi, enerji, su və ərzaq təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlıq imkanlarını vurğulayıb. Nazir bildirib ki, pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, biznesin aktiv fəaliyyətə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir və bu məqsədlə institusional islahatların həyata keçirilməsini tələb edən hədəflər müəyyənləşdirilib.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti qurumla tərəfdaşlığın istiqamətləri barədə fikirlərini bildirib, ABŞ-nin işgüzar dairələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştiraka maraq göstərdiklərini diqqətə çatdırıb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Xəzər Siyasət Mərkəzinin nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfəri nəzərdə tutulur.