Çay istehsalçılarının nümayəndələri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Növbəti belə görüş çay istehsalçılarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Görüşdə bu sahədə mövcud olan təşkilati və qanunvericiliklə əlaqədar çətinliklər, işçilərin sosial sığorta yükünün, çay emalı ilə əlaqədar ƏDV dərəcəsinin optimallaşdırılması, əmlak vergisi ilə bağlı güzəştlərin tətbiqinə dair təkliflər səsləndirilib. Həmçinin sahənin inkişaf potensialı, çayçılığın və yerli emalın inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.
Dövlət-biznes əlaqələrinin inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə əməkdaşlığın davam etdiriləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.