Vergi ödəyicilərinə xidmət mərkəzlərində iş saatları barədə
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Bununla əlaqədar, 7 mart 2022-ci il tarixinə vergi ödəyicilərinə xidmət mərkəzlərində əvvəlcədən tutulmuş və ya tutulacaq onlayn növbələr 5 mart 2022-ci il tarixində eyni saatda qüvvədə olacaqdır.