Bir sıra bəyannamə, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib
Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formalarında və doldurulması qaydalarında, həmçinin əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib. Təsdiq edilmiş yeni bəyannamə formaları aşağıdakılardır:
-
Əlavə dəyər vergisinin bəyannaməsi (2, 3, 4 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
-
Aksiz vergisi bəyannaməsi (2 və 3 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
-
Mədən vergisi bəyannaməsi və tərtib edilməsi qaydaları;
-
Ödәmә mәnbәyindә tutulan verginin bәyannamәsi (1 və 2 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
-
Mənfəət vergisi bəyannaməsi (5 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
-
Gəlir vergisi bəyannaməsi (3 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
-
Torpaq vergisi bəyannaməsi (2 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
-
Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış və tərtib edilməsi qaydası.
Bununla da müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında əvvəlki illərdə təsdiqlənmiş sənədlər ləğv olunub.
Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar