“Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması təsdiq edilib
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri qanunvericiliklə nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə müəyyən edilmiş formada məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir.
Həmçinin orta və iri sahibkarlıq subyektləri 2022-ci ilin yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranmış debitor və kreditor borcları barədə məlumatı müəyyən edilmiş formada müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-ci il martın 31-dək vergi orqanınqa təqdim etməlidirlər.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklər üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergi ödəyicilərinin debitor və kreditor borclarının ödənilməsi haqqında” Məlumat forması təsdiq edilib.
Məlumat Forması ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar