Qanunvericiliyə edilmiş dəyişikliklər müzakirə olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının nəzdindəki bank nümayəndələrindən ibarət Ekspert Qrupunun birgə iştirakı ilə görüş keçirilib.
Görüşdə mərc oyunları ilə bağlı ölkə qanunvericiliyində aparılan son dəyişikliklər, dəyişikliklərin banklara aid olan müddəaları, habelə bununla bağlı yaranmış tələblərin bank sistemində düzgün tətbiqi məsələləri müzakirə olunub.