Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici flayerlər hazırlanıb

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici flayerlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

“Ölkəyə idxal edilmiş minik avtomobillərinə görə aksiz dərəcəsi dəyişdirilmişdir”, “Bir sıra aksizli malların aksiz dərəcələri dəyişdirilmişdir”, “Fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə görə əmlak vergisini dövlət büdcəsinə ödəməlidir”, “Faydalı qazıntıları çıxaran vergi ödəyiciləri mədən vergisini yalnız dövlət büdcəsinə ödəməlidirlər”, “Torpaq vergisi ödəyicilərinin nəzərinə”, “Mənfəət vergisi ödəyicilərinin nəzərinə”, “Gəlir vergisi üzrə tətbiq ediləcək yeni güzəştlər”, “Dövlət büdcəsinə olan vergi borcuna görə əmlakın siyahıya alınması”, “Xarici valyuta hesabına daxil olan sərəncamın icrası barədə”, “Vergi öhdəliklərinin yerinə yetirilməsinə möhlət verilməsi mexanizmi təkmilləşdirilmişdir”, “Nəzarət-kassa aparatlarının tətbiq dairəsi genişləndirilmişdir”, “ƏDV geri al” sistemində dəyişikliklər edilmişdir”, “Bir sıra mallar (iş və xidmətlər) üzrə dövriyyələr ƏDV-dən azad edilmişdir” adlı flayerlərdə vergi ödəyiciləri üçün zəruri məlumatlar barədə ətraflı izahat yer alır.

Həmçinin “Yerli və xarici mənşəli kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə qaydada satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaqdır”, "Fərqlənmə nişanı" alaraq fəaliyyət göstərən vergi ödəyicilərinin nəzərinə”, “Ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı dəqiqləşdirildi”, “Ödəniş tapşırığının ödənişin təyinatı hissəsində əks etdirilməli məlumatlar”, “Nağd əməliyyatların dairəsi azaldılmışdır!”, “Daşınmaz əmlakın təqdim edilməsinin vergiyə cəlb edilməsi halları barədə”, “Sabit qəbz” alaraq fəaliyyət göstərməli olan vergi ödəyicilərinin nəzərinə”, “Səyyar vergi yoxlamaları üzrə edilmiş dəyişikliklər”, “Kameral vergi yoxlamaları üzrə edilmiş dəyişikliklər”, “Operativ vergi nəzarəti tədbirləri üzrə edilmiş dəyişikliklər”, “İdxal ediləcək mallar barədə vergi orqanına əvvəlcədən məlumat təqdim edilməlidir”, “Vergi ödəyicilərinin hüquq və vəzifələrində əlavə və dəyişikliklər edilmişdir” adlı flayerlər də hazırlanıb.

Flayerlərlə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiz: https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler