Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” 2017-ci il 12 iyun tarixli 1717050000009300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI 

QƏRAR

№ 21
Bakı şəhəri 27 dekabr 2021-ci il

 

Beynəlxalq vergitutma sahəsində dəyişən tendensiyaların və vergidən yayınma sxemlərinin, həmçinin daxil olan müraciətlərin təhlili nəticəsində Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı və müvafiq sənədlərin doldurulması qaydalarında dəyişiklik edilməsi zərurəti ilə əlaqədar, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” 2017-ci il 12 iyun tarixli 1717050000009300 nömrəli Qərarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.

Sədr,
İqtisadiyyat naziri
Mikayıl Cabbarov

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının
2021-ci il 27 dekabr tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmişdir.


Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” 2017-ci il 12 iyun tarixli 1717050000009300 nömrəli Qərarında edilmiş dəyişikliklər:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” üzrə:

1.1. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. Rezidentlik sertifikatı növbəti il üçün təqdim olunmur.”;

1.2. 3.3-cü bənd üzrə:

1.2.1. birinci cümlədən “orqanı və ya” və “dolğun və ətraflı şəkildə” sözləri çıxarılsın, həmin cümlədə “sertifikatın təqdim edilmə məqsədləri” sözləri “işlərin (xidmətlərin) təsviri” sözləri ilə əvəz olunsun;

1.2.2. ikinci cümlə çıxarılsın;

1.3. 3.4-cü bənddən “fiziki” sözü çıxarılsın;

1.4. 3.6-cı bənddə birinci halda “Vergilər Nazirliyinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti)” sözləri ilə, “Vergilər Nazirliyinin əsasnamə ilə səlahiyyət verilmiş müvafiq struktur vahidinin (bundan sonra – müvafiq struktur vahidi)” sözləri” “Dövlət Vergi Xidmətinin Aparatının əsasnamə ilə səlahiyyət verilmiş müvafiq struktur bölməsinin (bundan sonra – müvafiq struktur bölməsi)” sözləri ilə əvəz edilsin;

1.5. 3.9-cu, 5.2-ci, 6.3-cü, 6.7-ci və 7.2-ci bəndlər ləğv edilsin;

1.6. 3.10.2-ci yarımbənd və 3.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.10.2. DTA-01 formasında təhrif olunmuş məlumatlar olduğu və ya bu Qaydaların 3.3-cü bəndinin tələbləri pozulduğu halda.

3.11. Rezidentlik sertifikatının verilməsindən bu Qaydaların 3.10-cu bəndinə uyğun olaraq imtina edildiyi halda Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə №11) üzrə imtina haqqında bildiriş tərtib edilir və elektron formada və ya kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. Müraciət etmiş şəxsə rezidentlik sertifikatının alınması ilə bağlı bu Qaydaların 3.10.2-ci yarımbəndinə uyğun olaraq imtina edildiyi halda, həmin imtina haqqında bildirişdə qeyd edilən hallar aradan qaldırıldıqdan sonra yenidən vergi orqanına müraciət edilə bilər.”;

1.7. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. DTA-02 formasına xarici dövlətdə əldə edilmiş gəlir və həmin gəlirdən ödənilmiş (tutulmuş) vergilərlə bağlı bütün təsdiqedici sənədlərin (müqavilələr, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) bu Qaydaların 8.9-8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.”;

1.8. aşağıdakı məzmunda 4.2-1-ci və 4.2-2-ci bəndlər əlavə edilsin:

“4.2-1. Xaricdə ödənilmiş vergilərin nəzərə alınması Vergi Məcəlləsinin, həm də beynəlxalq müqavilənin müddəalarına uyğun hesab edildiyi halda, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №4) üzrə razılıq məktubu tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra elektron formada imzalanaraq, müraciət edən şəxsə göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir.

4.2-2. Bu Qaydaların 4.2-1-ci bəndində qeyd edilən razılıq məktubu rezident fiziki şəxslər tərəfindən gəlir vergisinin bəyannaməsi, rezident hüquqi şəxslər tərəfindən isə mənfəət vergisinin bəyannaməsi ilə birlikdə xaricdə ödənilmiş verginin nəzərə alınması üçün müvafiq vergi orqanına təqdim olunmalıdır.”;

1.9. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində xaricdə ödənilmiş vergilərin nəzərə alınması beynəlxalq müqavilənin, həm də Vergi Məcəlləsinin müddəalarına uyğun hesab edilmədiyi halda Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 11) üzrə imtina haqqında bildiriş tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra elektron formada və ya kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir.”;

1.10. 5.1-ci bənddə “(Əlavə № 4)” sözləri “(Əlavə № 5)” sözləri ilə əvəz edilsin;

1.11. 5.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.3. DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.”;

1.12. aşağıdakı məzmunda 5.3-1 – 5.3-4-cü bəndlər əlavə edilsin:

“5.3-1. Müraciət görülmüş və ya görüləcək işlərlə (xidmətlərlə) bağlı olduğu halda, gəlir ödəyən şəxsdən əldə edilmiş arayışa aşağıdakı məlumatlar əlavə edilməlidir:

5.3-1.1. görülmüş və ya görüləcək hər bir işin (xidmətin) məzmunu ilə bağlı məlumat;

5.3-1.2. işlərin (xidmətlərin) görüldüyü və ya görüləcəyi yer (ölkə) və dövr;

5.3-1.3. işlərin (xidmətlərin) görülməsi üçün xarici və yerli işçilər cəlb olunduğu halda (əvvəlcədən cəlb olunacağı məlumdursa) hər bir işçi üzrə ayrılıqda məlumatlar (pasport və ya şəxsiyyəti təsdiq edən sənəd məlumatları).

5.3-2. Beynəlxalq müqavilənin müddəalarına uyğun olaraq güzəştin tətbiq edilməsi şərti (şərtlərindən biri) gəlirin onun faktiki sahibi tərəfindən əldə edilməsidirsə, bu Qaydaların 5.3-3-cü bəndinin müddəaları nəzərə alınmaqla, DTA-03 forması ilə birlikdə bu Qaydaların 7-1-ci hissəsində göstərilən sənədlər də müvafiq vergi orqanına təqdim edilməlidir.

5.3-3. Beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və ya mənbəyi bəlli olan məlumatların yerləşdiyi rəsmi məlumat bazalarında faktiki sahibliyi sübut edə biləcək məlumatlar mövcud olduğu halda, Qaydaların 5.3-1-ci bəndinin tətbiqi məqsədləri üçün bu Qaydaların 7-1-ci hissəsində göstərilən sənədlər təqdim edilmir.

5.3-4. Görüləcək işlərin (xidmətlərin) xüsusiyyətlərinə, faktiki icra müddətinə və (və ya) gəlir ödəyən şəxslə qeyri-rezident arasında bağlanmış müvafiq müqavilənin müddətinə görə və beynəlxalq müqaviləyə əsasən qeyri-rezident daimi nümayəndəlik yaratmalıdırsa, əvvəlcədən azadolma tətbiq edilmir.”;

1.13. 5.4-cü bənddə “Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin, “, gücləndirilmiş elektron imza və s.)” sözləri “və gücləndirilmiş elektron imza” sözləri ilə əvəz edilsin;

1.14. 5.5-ci bəndin birinci cümləsində birinci halda “Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə, “(Əlavə № 5)” sözləri “(Əlavə № 6)” sözləri ilə və “Vergilər Nazirliyinin müvafiq struktur vahidinin” sözləri “Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin” sözləri ilə əvəz edilsin;

1.15. 5.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“5.6. Gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından bu Qaydaların 5.5-ci bəndində qeyd olunmuş razılıq məktubunu əldə etdikdən sonra beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsini tətbiq edə bilər.”;

1.16. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“5.9. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində aşağı vergi dərəcəsi və ya azadolmanın tətbiq edilməsi beynəlxalq müqavilənin və (və ya) Vergi Məcəlləsinin müddəalarına uyğun hesab edilmədiyi təqdirdə, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 11) üzrə imtina haqqında bildiriş tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və ya kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir.”;

1.17. 6.1-ci bənddə “(Əlavə № 6)” sözləri “(Əlavə № 7)” sözləri ilə əvəz edilsin;

1.18. 6.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.2. DTA-04 forması gəlir ödəyən şəxs (vergi agenti) tərəfindən müvafiq dövr üzrə təqdim olunan ödəmə mənbəyində tutulan vergi bəyannaməsi məlumatlarında müraciət olunan qeyri-rezident şəxs ilə bağlı gəlir və vergi məbləği bəyan olunduqdan sonra müvafiq vergi orqanına təqdim olunur.”;

1.19. 6.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“6.4. Müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı və gücləndirilmiş elektron imza) malik olduğu təqdirdə, elektron formada müraciət edə bilər.”;

1.20. 6.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

6.5. “Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində DTA-04 formasında göstərilmiş məlumatlar gəlir ödəyən şəxsin (vergi agentinin) təqdim etdiyi ödəmə mənbəyində tutulan bəyannamə məlumatları əsasında təsdiqlənərsə, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə № 8) üzrə “Ödənilmiş vergilər haqqında” arayış tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, müraciət edən şəxsə göndərilir. Bu Qaydaların məqsədləri üçün vergi ödəyicisinin şəxsi hesab vərəqəsində olan ödəmələr hesabına əvəzləşdirilən vergi məbləği də ödənilmiş vergi hesab edilir və qeyri-rezident tərəfindən ödənilmiş vergilər haqqında arayışda əks etdirilir.

1.21. 6.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.8. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində aşağıdakı hallarda qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsindən imtina edilir:

6.8.1. fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinə və beynəlxalq müqavilənin tələblərinə əsasən rezident hesab edildiyi halda;

6.8.2. bu Qaydaların 6.2-ci bəndinin tələbləri pozulduğu halda.”;

1.22. aşağıdakı məzmunda 6.9-cu bənd əlavə edilsin:

“6.9. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsindən imtina edildiyi halda Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 11) üzrə imtina haqqında bildiriş tərtib edilir və elektron formada və ya kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir.”;

1.23. 7.1-ci bənddə “ərizə təqdim edilmədikdə,” sözləri “DTA-03 forması” sözləri ilə, “, yaxud hər hansı digər səbəbdən” sözləri “və” sözü ilə, “(Əlavə № 8)” sözləri “(Əlavə № 9)” sözləri ilə əvəz edilsin və “həmin qeyri rezident” sözlərindən sonra “,vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq” sözləri əlavə edilsin;

1.24. 7.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“7.3. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, ödəniş sənədləri, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu 8.9-8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir.”;

1.25. aşağıdakı məzmunda 7.3-1 – 7.3-4-cü bəndlər əlavə edilsin:

“7.3-1. Müraciət görülmüş işlərlə (xidmətlərlə) bağlı olduğu halda, gəlir ödəyən şəxsdən əldə edilmiş arayışa aşağıdakı məlumatlar əlavə edilməlidir:

7.3-1.1. görülmüş hər bir işin (xidmətin) məzmunu ilə bağlı məlumat;

7.3-1.2. işlərin (xidmətlərin) görüldüyü yer (ölkə) və dövr;

7.3-1.3. işlərin (xidmətlərin) görülməsi üçün xarici və yerli işçilər cəlb olunduğu halda hər bir işçi üzrə ayrılıqda məlumatlar (pasport və ya şəxsiyyəti təsdiq edən sənəd məlumatları).

7.3-2. Beynəlxalq müqavilənin müddəalarına uyğun olaraq güzəştin tətbiq edilməsi şərti (şərtlərindən biri) gəlirin onun faktiki sahibi tərəfindən əldə edilməsidirsə, bu Qaydaların 7.3-3-cü bəndinin müddəaları nəzərə alınmaqla, DTA-05 forması ilə birlikdə bu Qaydaların 7-1-ci hissəsində göstərilən sənədlər də müvafiq vergi orqanına təqdim edilməlidir.

7.3-3. Beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və ya mənbəyi bəlli olan məlumatların yerləşdiyi rəsmi məlumat bazalarında faktiki sahibliyi sübut edə biləcək məlumatlar mövcud olduğu halda, Qaydaların 7.3-1-ci bəndinin tətbiqi məqsədləri üçün bu Qaydaların 7-1-ci hissəsində göstərilən sənədlər təqdim edilmir.

7.3-4. Qeyri-rezident vergilərin artıq ödənildiyi dövr üzrə DTA-05 forması ilə müraciət edirsə və həmin dövr üzrə əvvəllər ödənilmiş vergilərin təsdiq edilməsi barədə müvafiq vergi orqanından arayış almışdırsa, DTA-05 formasına ödənilmiş vergilərin Razılığa gələn digər dövlətdə nəzərə alınmaması barədə müvafiq səlahiyyətli orqanın təsdiqedici məktubu da əlavə edilməlidir.”;

1.26. 7.4-cü bənddən “Vergilər Nazirliyinin” sözləri çıxarılsın və həmin bənddə “, gücləndirilmiş elektron imza və s.)” sözləri “və gücləndirilmiş elektron imza” sözləri ilə əvəz edilsin;

1.27. 7.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.5. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində DTA-05 formasında göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №10) üzrə “DTA-05 formasının nəzərə alınması haqqında” arayış tərtib edilir, elektron formada imzalanaraq, müraciət edən şəxsə göndərilir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrinin qaytarılması barədə Rəy” hazırlanaraq, Bakı şəhərindəki vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, yerli vergi orqanları tərəfindən isə yerli maliyyə orqanına (bundan sonra - maliyyə orqanı) göndərilir.”;

1.28. 7.6-cı bənddə “qanuna müvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin” sözləri “beynəlxalq müqavilənin və (və ya) Vergi Məcəlləsinin müddəalarına uyğun hesab edilmədiyi təqdirdə Dövlət Vergi Xidmətinin” sözləri ilə, “(Əlavə № 9)” sözləri “(Əlavə № 11)” sözləri ilə, “Vergilər Nazirliyinin müvafiq struktur vahidinin” sözləri “Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin” sözləri ilə, “formada və kağız” sözləri “formada və ya kağız” sözləri ilə əvəz edilsin;

1.29. aşağıdakı məzmunda 7.8-ci bənd əlavə edilsin:

“7.8. DTA-05 formasının vergi orqanı tərəfindən araşdırılması zamanı qeyri-rezidentə ödənilməli olan məbləğin tam şəkildə ödənilməsi təsdiqlənərsə və artıq ödənilmiş (tutulmuş) vergilər, gəlir ödəyən şəxsin (vergi agentinin) müvafiq dövr üzrə təqdim etdiyi mənfəət (gəlir) vergisi bəyannaməsində vergi orqanı tərəfindən xərclərdə nəzərə alınmamışdırsa, həmin vergi məbləği gəlir ödəyən şəxsin digər vergi öhdəlikləri ilə əvəzləşdirilir. Bu halda Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə № 12) üzrə razılıq məktubu elektron formada imzalanıb gəlir ödəyən şəxsə (vergi agentinə) və bu barədə məlumat bu Qaydalara əlavə edilən forma (Əlavə № 13) üzrə qeyri-rezidentə göndəriləcək. Bu zaman vergi orqanı tərəfindən müvafiq dövr bəyannamələrində zəruri düzəlişlər edilir.”;

1.30. aşağıdakı məzmunda 7-1-ci hissə əlavə edilsin:

“7-1. Faktiki sahibliyin müəyyən olunmasının xüsusi şərtləri

7-1.1. Beynəlxalq müqavilənin müddəalarına uyğun olaraq güzəştin tətbiq edilməsi şərti (şərtlərindən biri) gəlirin onun faktiki sahibi tərəfindən əldə edilməsidirsə, vergi orqanı qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə faktiki sahiblik statusunu müəyyənləşdirir.

7-1.2. Qeyri-rezidentin faktiki sahibliyi aşağıdakı sənədlərə əsasən sübut edilir:

7-1.2.1. Qeyri-rezidentin gəlirlərdən istifadə etmək və (və ya) üzərində sərəncam vermək hüququnu təsdiq edən sənədlər (təsisçilər və sonuncu benefisiar haqqında xarici dövlətin müvafiq orqanından alınan rəsmi təsdiqedici sənədlər və ya çıxarışlar, nizamnamə və s.);

7-1.2.2. Üçüncü şəxslərin (Azərbaycan Respublikası ilə beynəlxalq müqavilə bağlamayan xarici ölkənin rezidenti) qarşısında, bu cür gəlirlərdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə etmək və (və ya) idarə etmək hüquqlarını məhdudlaşdıran öhdəliklərin olmadığına dair sənədlər (iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və.s.);

7-1.2.3. Qeyri-rezidentin, vergi rezidenti olduğu dövlətdə sahibkarlıq və (və ya) digər fəaliyyəti həyata keçirdiyini təsdiq edən sənədlər (maliyyə və vergi hesabatları, fəaliyyəti, işçiləri və əmlakı haqqında xarici dövlətin müvafiq orqanından alınan təsdiqedici rəsmi sənədlər, vergi bəyannamələri, qeydiyyat şəhadətnaməsi və.s ).

7-1.3. Bu Qaydaların 7-1.2-ci bəndində göstərilən sənədlərdən başqa vergi orqanının qeyri-rezidentdən bu gəlirin faktiki sahibi olduğu barədə xarici dövlətin vergi orqanı tərəfindən təsdiqlənmiş sənədi, habelə faktiki sahibin gəliri üzrə beynəlxalq müqavilədə nəzərdə tutulan güzəşti əldə etmək hüququnu əsaslandırmaq üçün digər sənədləri (məlumatları) tələb etmək hüququ var.

7-1.4. Bu Qaydaların 7-1.2-ci və 7-1.3-cü bəndlərində göstərilən sənədlərin bu Qaydaların 8.9-8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.”;

1.31. 8.1-ci bənddə “(Əlavə № 10)” sözləri “(Əlavə № 14)” sözləri ilə əvəz edilsin;

1.32. aşağıdakı məzmunda 8.1-1-ci bənd əlavə edilsin:

“8.1-1. DTA-03, DTA-04 və DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir.”;

1.33. 8.2 – 8.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“8.2. Bu Qaydaların 7-ci hissəsinə əsasən daxil olmuş müraciətlər istisna olmaqla, daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 30 gün ərzində baxılır. Bu Qaydaların 7-ci hissəsinə əsasən daxil olmuş müraciətlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” nda nəzərdə tutulmuş müddətdə baxılır.

8.3. Bu Qaydaların 7-ci hissəsinə əsasən daxil olmuş müraciətlər istisna olmaqla, daxil olmuş müraciətin araşdırılması üçün əlavə vaxt tələb olunduğu halda, səbəbi əsaslandırılmaqla, vergi orqanının müraciətə baxılma müddətini hər dəfə 30 gün olmaqla iki dəfə uzatmaq hüququ var. Bu halda müraciət edən şəxsə icra müddətinin uzadıldığı tarixdən gec olmayaraq məlumat verilməlidir.

8.4. Ərizədə təqdim edilmiş məlumatlar və ya təsdiqedici sənədlərlə bağlı vergi orqanının xarici şəxslərə, eləcə də digər dövlətlərin səlahiyyətli orqanlarına, həmçinin ölkə daxilində sorğu göndərmək hüququ var. Bu halda, müraciətə baxılması müddəti sorğuya cavab daxil olanadək dayandırılmalı və müraciət edən şəxsə icra müddətinin dayandırıldığı tarixdən 5 iş günündən gec olmayaraq bununla bağlı yazılı məlumat verilməlidir.

8.5. Ərizəyə baxılması zamanı müraciət edən şəxs tərəfindən sənədlər və ya məlumatlar təqdim edilməmişdirsə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, vergi orqanının müraciət edən şəxsə bu Qaydalara əlavə edilən forma (Əlavə № 15) üzrə məktub göndərilməklə müəyyən edilmiş müddətdə əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb etmək hüququ var.”;

1.34. aşağıdakı məzmunda 8.5-1-ci və 8.5-2-ci bəndlər əlavə edilsin:

“8.5-1. Bu Qaydanın 8.5-ci bəndinin tələbləri nəzərə alınmaqla, əlavə sənəd və ya məlumatlar təqdim olunmadıqda ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır.

8.5-2. Əlavə sənədlərin və ya məlumatların vergi orqanına təqdim olunduğu andan müddətin axımı bərpa olunur.”;

1.35. 8.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“8.6. DTA-03 forması üzrə ödənişlərin aparılacağı dövr üçün alınmış rezidentlik sertifikatı rezidentliyin təsdiq edildiyi il nəzərə alınmaqla növbəti ilin sonunadək etibarlı hesab edilir. DTA-03 və DTA-05 formaları üzrə rezidentlik sertifikatı işlərin görüldüyü (xidmətlərin göstərildiyi) dövrü və ödənişlərin aparılacağı (aparıldığı) dövrü əhatə etməlidir.”;

1.36. 8.11-ci bənddə “dövlətlər arasında” sözlərindən sonra “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyasına və (və ya)” sözləri əlavə edilsin və “Konvensiya” sözü “Konvensiyalar” sözü ilə əvəz edilsin;

1.37. aşağıdakı məzmunda 8.12-1-ci bənd əlavə edilsin:

“8.12-1. Bu Qaydaların 4.2-ci, 5.3-cü və 7.3-cü bəndlərində qeyd olunan təsdiqedici sənədlərin həqiqiliyini onları təqdim edən xarici dövlətin müvafiq qurumunun rəsmi internet səhifəsindən QR kod və (və ya) identifikasiya nömrəsi ilə yoxlamaq mümkün olduğu təqdirdə, həmin sənədlər bu Qaydaların 8.9-8.12-ci bəndlərinə uyğun olaraq təsdiq olunmadan müvafiq vergi orqanına təqdim olunur.”;

1.38. aşağıdakı məzmunda 8.14-1-ci bənd əlavə edilsin:

“8.14-1. Gəlir ödəyən şəxs (vergi agenti) tərəfindən qeyri-rezidentin əvəzinə DTA-03, DTA-04 və DTA-05 forması ilə müvafiq vergi orqanına müraciət oluna bilər.”

1.39. 8.16-cı bənddə “Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

1.40. aşağıdakı məzmunda 8.17-ci bənd əlavə edilsin:

“8.17. Müraciət edən şəxsin yeni müraciət zamanı əvvəlcədən təqdim etdiyi, etibarlılıq müddəti bitməmiş və ləğv edilməmiş sənədləri yenidən təqdim etməmək hüququ var.”;