Vergi ödəyicilərinin iştirakı ilə onlayn görüş keçiriləcək
Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edilən tədbirlərin davamı olaraq 27.01.2022-ci il saat 15:00-da vergi ödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən 300 nəfər vergi ödəyicisinin iştirakı ilə onlayn görüşün keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilən görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri aşağıdakı linklər vasitəsi ilə 27.01.2021-ci il saat 14:45-dək görüşə yazıla bilərlər:
Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202
Telegram üzərindən yazılma üçün: t.me/xidmetbot