Vergilər naziri ABŞ səfiri ilə görüşüb
Yanvarın 16-da vergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri cənab Robert Sekuta ilə görüşüb.
Görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər mövcud əməkdaşlığın daha da gücləndirilməsi və inkişafında maraqlı olduqlarını, işgüzar əlaqələrin bu əməkdaşlığa töhfə verdiyini bildiriblər. Görüşdə ölkəmizin vergi mühiti, xarici investorlar üçün mövcud olan şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.