Vergi ödəyicilərinin iştirakı ilə onlayn görüş keçiriləcək
Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edilən tədbirlər çərçivəsində ilkin olaraq 18.01.2022-ci il saat 15:00-da vergi ödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən 300 vergi ödəyicisinin iştirakı ilə onlayn görüşün keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilən görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri aşağıdakı linklər vasitəsi ilə 18.01.2021-ci il saat 14:30-a qədər görüşə yazıla bilərlər:
Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202
Telegram üzərindən yazılma üçün: t.me/xidmetbot