Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

20 yanvar şəhidlərinin xatirəsi yad edilib

1990-cı ilin 20 yanvarında Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələrdən 28 il keçir. 20 Yanvar faciəsi Azərbaycan torpaqlarının bütövlüyü, müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayət olmaqla bərabər, həm də müasir tariximizin qəhrəmanlıq səhifələrindən biri hesab olunur. 

Yanvarın 19-da Vergilər Nazirliyi 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Azərbaycan Milli Konservatoriyasında təşkil olunmuş mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə 20 yanvar faciəsinə həsr olunmuş, konservatoriyanın tələbə xorunun ifasından, Asəf Zeynallı, Faiq Sücəddinov, Rauf Hacıyev və Fikrət Əmirovun əsərlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim olunub.