Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında

2017-ci il ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 312.450 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 2.472.882 SMS göndərilib. 2017-сi il  ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 5.211.125 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 486.318 vətəndaş qəbul edilərək onlara 744.149 sayda xidmət göstərilib. 2018-ci ilin 1 yanvar tarixinə vergi ödəyicilərinə ümumilikdə 404.646 sayda ASAN İmza sertifikatı verilib. 2017-ci il ərzində 148.990 vergi ödəyicisi (11.860 hüquqi şəxs, 13.7130  fiziki şəxs), 31.782 təsərrüfat subyekti (obyekti), 17.167 nəzarət-kassa aparatı və 6.803 POS-terminal qeydiyyata alınıb.