Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyinin əməkdaşları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

11 fevral Vergilər Nazirliyinin yaradılmasının 18-ci  ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır. Vergilər Nazirliyinin rəhbərliyi və əməkdaşları bununla əlaqədar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə qızılgül dəstələri qoyublar. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Daha sonra nazirliyin kollektivi Şəhidlər Xiyabanına gələrək  şəhidlərimizin məzarlarını ziyarət edib, onların üzərinə al qərənfillər düzüblər. Nazirliyin kollektivi adından “Əbədi Məşəl” abidə kompleksinin önünə əklil qoyulub.