Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Avtomatik Məlumat Mübadiləsi məlumatlarının istifadəsinə dair onlayn Forum keçirilib

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Avtomatik Məlumat Mübadiləsi məlumatlarının istifadəsinə dair onlayn forumu keçirilib. 150-dən çox ölkənin vergi xidmət orqanları nümayəndələrinin qatıldığı forumda maliyyə monitorinqinin aparılması üçün qanunvericilik bazası, Ümumi Hesabtlılıq Standartı və daxili qaydalara əsasən əməletmə vəziyyətinin hərtərəfli yoxlanılması üçün praktik hallar, o cümlədən beynəlxalq standarların tələbləri barədə məlumat verilib, mövzular ərtafında müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbə rəisi Səfərəli Cavadov təqdimatla çıxış edərək iştirakçıları Azərbaycanda Avtomatik Məlumat Mübadiləsi məlumatlarından istifadə məsələləri barədə ətraflı məlumatlandırıb.

Qeyd edək ki, Avtomatik Məlumat Mübadiləsi Azərbaycan Respublikasının da imzaladığı “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma” əsasında maliyyə institutlarında xarici vergi rezidenti olan hesab sahiblərinin maliyyə məlumatlarının aidiyyəti xarici ölkələr ilə mübadiləsini əhatə edir.