Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi

İqtisadiyyat Nazirliyi tərəfindən carı ilin büdcə paketi çərçivəsində qanunvericilik paketi hazırlanıb. Paketdə həm Vergi Məcəlləsinin, həm də bir sıra normativ-hüquqi aktlara dəyişikliklər nəzərdə tutulan layihələr daxil edilib. Qanunvericiliyə təklif edilən dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması və s. istiqamətləri əhatə edir. Eyni zamanda, Vətən müharibəsində şəhid olan və ya yaralanan şəxslərin, şəhid ailəsi statusu alan şəxslərin kreditlər üzrə ödənilməyən borclarını silən bankların vergi yükü azaldılacaq. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim edilib.