Vergilər naziri Qətər dövlətinin səfiri ilə görüşüb
Fevralın 23-də vergilər naziri Mikayıl Cabbarov Qətər dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib, Azərbaycan Respublikası ilə Qətər dövləti arasında əlaqələrin bütün sahələr üzrə inkişafının vacibliyi vurğulanıb.
Söhbət zamanı Qətər şirkətlərinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edilib və qarşılıqlı sərmayələrin genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib.