Tədris Mərkəzinin rəhbəri beynəlxalq forumda iştirak edib
Peşəkar Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə birgə “Maliyyə hesabatları: gələcəyə baxış” mövzusunda “Mühasiblərin və auditorların VII Avrasiya Forumu” keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov tədbirdə “Dövlət vergi orqanlarında tədris proseslərinin təşkili xüsisiyyətləri” mövzusunda təqdimatla çıxış edib.
Peşəkar mütəxəssislərin və xarici ölkə nüməyəndələrinin iştirakı ilə keçirilmiş forumda ayrı-ayrı ölkələrdə mühasibat uçotunun inkişaf məsələləri, perspektivləri, MHBS-nin tətbiqi, rəqəmsal transformasiya, rəqəmsal texnologiyaların və rəqəmsal iqtisadiyyatın rolu, maliyyə sahəsində risklər kimi aktual mövzular üzrə müzakirələr aparılıb.