Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrinə uyğun olaraq maarifləndirmə və tədrisin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

11 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya ilə mübarizə mövzusunda təşkil olunmuş növbəti tədbirdə Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat veriblər. Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda məlumatlandırılıblar.