Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər naziri “Microsoft” Korporasiyasının nümayəndə heyəti ilə görüş keçirib

Martın 7-də vergilər naziri Mikayıl Cabbarov "Microsoft" Korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrində Dövlət Qurumları üzrə Biznes İnkişafı direktoru cənab Evanqelos Xrisafidesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə "Microsoft" şirkəti və tərəfdaşlarının vergi və ədliyyə agentliklərində həyata keçirdikləri rəqəmsal transformasiya layihələri, "Microsoft" həllərinin tətbiqi sahəsində beynəlxalq təcrübə və informasiya texnologiyaları ilə bağlı məsələlər müzakirə edilib.