Vergilər naziri Türkiyə Respublikasının səfiri ilə görüşüb
Martın 30-da vergilər naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Görüşdə qarşılıqlı iqtisadi əlaqələrin daha da gücləndirilməsi və genişləndirilməsi perspektivləri, iki ölkənin vergi xidməti orqanları arasında müxtəlif proqramlar çərçivəsində uğurlu əməkdaşlıq məsələlərinə toxunulub.