“Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr”
Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə 2021-ci il 16 sentyabr tarixində Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Fairmont Baku” otelində “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq, iştirakçıları və qonaqları salamlayıb.
Konfransın əvvəlində Auditorlar Palatasının yubileyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 15 aprel tarixli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilmiş Palatanın 11 nəfər əməkdaşına və üzvünə medallar təqdim edilib.
Sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə qonaqları salamlayıb konfransın işinə uğurlar arzulayıb və konfrans öz işinə başlayıb. Konfransda 12 ölkənin (Azərbaycan, Avstriya, Belçika, Türkiyə, Özbəkistan, Rusiya Federasiyası, Latviya, Polşa, Gürcüstan, Ukrayna, Makedoniya, Çernoqoriya) müvafiq audit və mühasibatlıq qurumlarını, beynəlxalq peşəkar təşkilatları, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi-informasiya vasitələrini, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən 30-dan çox qurumdan 60-a yaxın nümayəndə iştirak edib. Konfransda çıxış edən xarici qonaqlar son dövrlərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, eyni zamanda audit və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıblar.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə, Rusiya Federasiyası Özünütənzimləyən Auditor Təşkilatlarının “Sodrujestvo” Assosiasiyasının İdarə Heyətinin sədr müavini, Keyfiyyətə nəzarət üzrə komissiyanın sədri Nadejda Kobozeva, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev, Rusiya Federasiyasının Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyinin Büdcə departamentinin direktor müavini, Nazirliyin daxili auditoru, Rusiya Federasiyasının 3-cü dərəcəli dövlət müşaviri Dmitri Yakovenko, Rusiya Federasiyasının Özünütənzimləyən Milli Peşəkar Mühasiblər, Maliyyə Menecerləri və İqtisadçılar İnstitutunun Prezident Şurasının üzvü Soslanbek Tsxovrebov, Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutunun prezidenti Lyudmila Xorujiy, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova, “KPMC Audit Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Murat Karakaş, Rusiya Federasiyası Özünütənzimləyən Auditor Təşkilatlarının “Sodrujestvo” Assosiasiyasının Baş direktoru, İdarə Heyətinin üzvü Olqa Nosova əyani, digər iştirakçılar, o cümlədən Avstriyanın “Johannes Kepler University Linz”in professoru Fridrix Şnayder, Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Postkonfilikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev, Türkiyə Sertifikatlı Mühasiblər və Sərbəst Auitorlar Palataları Birliyinin (TÜRMOB) Davamlı peşə inkişafı tədris mərkəzinin icraçı direktoru, professor Ali Rza Zafer, Gürcüstan Respublikasının Mühasibat uçotu, Hesabatlılıq və Auditə Nəzarət Xidmətinin rəhbəri vəzifəsini icra edən Tornike Dzagnidze, Gürcüstan Respublikasının Mühasibat uçotu, Hesabatlılıq və Auditə Nəzarət Xidmətinin hüquqşünası Sofia Berianidze, Latviya Mühasiblər Assosiasiyasının İdarə Heyətinin sədri Andrey Ponomaryov, Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) icraçı direktoru Paul Tompson, Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutunun prezidenti Draqan Dimitrov, Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyası Şurasının sədri Münəvvər Tulaxodjayeva, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan üzrə rəhbəri Filiz Demiröz, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru Rade Sekic, Ukraynanın Yaroslav Mudrıy adına Milli Hüquq Universitetinin I prorektoru, akademik Nikolay Kuçeryavenko, Macarıstan Auditorlar Palatasının prezidenti Pal Tibor onlayn formada Azərbaycanda və dünyanın müxtəlif ölkələrində auditin inkişafı, şəffaflıq, yeni dövrün çağırışları, problemləri və vəzifələri ilə bağlı məruzələrlə çıxış ediblər.
Məruzə və çıxışlar başa çatdıqdan sonra konfrans iştirakçıları mövzu ətrafında peşəkar müzakirələr aparmış və konkret təkliflər irəli sürüblər.
Sonda beynəlxalq konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.