Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Şənlik mərasimlərində müəyyən edilmiş qaydaların gözlənilməsi nəzarətdə saxlanılır

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə monitorinqlər davam edir. Bu günə qədər 2340 obyektdə müvafiq monitorinqlər aparılıb.

Monitorinq qrupları tərəfindən qeydə alınmış mərasimlərdə müəyyən edilmiş qaydaların gözlənilməsi nəzarətdə saxlanılır. Bu günədək monitorinq aparılan tədbirlərdə iştirak edən 285 mindən çox qonağın müvafiq sənədlərinə baxılıb, 28 minə yaxın şəxsin sənədində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 1367 nəfərinin tələblərə əməl etmədiyi müəyyən olunub.