Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Karantin qaydalarının pozulması hallarında günbəgün azalmaya doğru meyllər müşahidə olunur

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə gündəlik nəzarət tədbirləri davam edir. Bu cür mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günədək aidiyyəti qurumların nümayəndələri tərəfindən 1400-ə yaxın obyektdə monitorinq aparılıb. İndiyədək keçirilən monitorinqlərin nəticələrinə əsasən 167 minə yaxın toy iştirakçısının sənədləri yoxlanılıb, 18 mindən artıq pozuntu halları aşkarlanıb. Şənlik təşkil edilən məkanların işçi heyətinin 750 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

Monitorinqlər göstərir ki, karantin qaydalarının pozulması hallarında azalma meyilləri müşahidə olunur. Belə ki, əksər şadlıq evlərində qayda və tələblərinə əməl edilir, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə artır.

Bununla belə, monitorinqlər zamanı bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq qəbul etmək üçün sifariş qəbulu, məkan sahiblərinin şənlik mərasimlərini müvafiq “icaze.e-gov.az” portalında qeydə salmadan təşkil etməsi, portalda olunduğundan artıq sayda qonaqların dəvət edilməsi, yaxud qonaqların müxtəlif yollarla zallara girişinə şərait yaradılması, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərə malik olmaması daha çox rast gəlinən pozuntulardır.

Maarifləndirmə tədbirləri başlayandan indiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 167 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 18 minə yaxın qonağın sənədlərində nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 750 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

Monitorinqlər zamanı məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntu halları aradan qaldırılır və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin olunur, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim edilir.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, bu tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər. Bu, hamımızın sağlamlığı üçün vacib şərtdir.