Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə keçirdiyi görüşlər davam edir. Növbəti belə tədbir Azərbaycan Banklar Assosiyasiyasının və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə assosiasiya tərəfindən vergi qanunvericiliyində dəyişiklik edilməsi məqsədilə verilən təkliflər müzakirə edilib.

Tədbirdə maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə xidmət göstərilən zaman yerli normativ hüquqi aktların, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi məqsədilə təqdim olunması nəzərdə tutulan məlumat formalarının doldurulması və göndərilməsi prosesində yaranan çətinliklər dinlənilib və müvafiq izahatlar verilib.