Vergi borcu barədə məlumatın verilməsi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məlumatlandırılması və vergi orqanları tərəfindən təqdim edilən elektron xidmətlərin təşviqi istiqamətində tədbirləri davam etdirir. Xidmət tərəfindən “Vergi borcu barədə məlumatın verilməsi” adlı videotəlimat hazırlanıb. Elektron təlimatda vergi ödəyiciləri tərəfindən vergi borcu barədə məlumatın əldə edilməsi ilə bağlı məsələlər ətraflı şəkildə izah olunur.