Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi” elektron xidməti təkmilləşdirilib

Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi vergi inzibatçılığının əsas prioritetlərindən biridir. Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər vergi ödəyicilərinin işini asanlaşdırmaqla bərabər, vaxt itkisinin də aradan qaldırılmasına şərait yaratmaqdadır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vergi orqanları ilə birbaşa təmasın minimuma endirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu elektron xidmət vergi ödəyiciləri tərəfindən vergi və digər büdcə daxilolmalarının müasir ödəniş mexanizmlərindən istifadə edərək elektron formada ödənilməsini əhatə edir.

Bu günlərdə “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi” elektron xidməti daha da təkmilləşdirilib. Belə ki, Hökumət Ödəniş Portalı (https://www.gpp.az) infrastrukturunun optimallaşdırılması nəticəsində vergi və digər büdcə daxilolmaları ilə yanaşı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə ödənişlərin də vahid xidmət vasitəsilə (Dövlət Vergi Xidməti) eyni anda elektron qaydada bir pəncərə üzərindən həyata keçirilməsi mümkündür.