2021-ci ilin 1-ci rübündə vergi orqanlarına daxil olan vətəndaş müraciətləri haqqında
2021-ci ilin 1-ci rübündə vergi orqanlarına 64.022 müraciət daxil olub ki, bunun da 94,5%-i ərizə, 5,4%-i şikayət, 0,1%-1 təklifdir. Baxılmış müraciətlərin 70%-dən çoxu müsbət həll olunub, 27,5%-i barədə müvafiq izahatlar verilib, 7,8%-i isə hazırda icradadır.
Ümumilikdə hesabat dövründə vətəndaşlardan vergi borcları, səyyar vergi yoxlamaları, sosial sığorta ödənişləri, vergi ödəyicisinin qeydiyyatı, operativ vergi nəzarəti tədbirləri, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və ya əvəzləşdırılməsi və digər məsələlərlə bağlı şikayət daxil olub. Müsbət həll olunmuş şikayətlərin böyük əksəriyyəti (75,2%) kameral vergi yoxlamaları ilə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatına 5.234 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% çoxdur. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Vergi Xidmətinə 199 müraciət daxil olub.
Vətəndaş məmnunluğunun və vergi orqanlarına olan etimadın qorunmasının vacibliyi nəzərə alınaraq, xüsusi karantin rejimi dövründə Dövlət Vergi Xidmətinin Aparatında və yerli vergi orqanlarında qəbula yazılan vətəndaşların videoqəbulu təşkil edilib.