“Yaşıl Marafon” kampaniyasına İqtisadiyyat Nazirliyinin əməkdaşları da qoşulub
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Bakının Xocasən qəsəbəsində təşkil edilən aksiyada İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi əməkdaşlarının və könüllülərin iştirakı ilə 1 hektar ərazidə 500-dən artıq müxtəlif növ ağac əkilib.
Ağacəkmə aksiyasında İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.
Aksiyaların məqsədi ölkəmizin yaşıllıq sahələrinin, flora biomüxtəlifliyinin artırılmasına, ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
Qeyd edək ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsi nəzərdə tutulur