Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb

Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi bu istiqamətdə daha bir addım ataraq “Telegram” kanalı yaradıb https://t.me/economy_az

“Azərbaycan iqtisadiyyatı” adlı kanalda İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar paylaşılır, eləcə də region və dünya iqtisadiyyatında baş verən yeniliklər işıqlandırılır. Kanalda, həmçinin, infoqrafika və videomateriallar yerləşdirilir.

 “Telegram” kanalının rus və ingilis versiyalarının açılması da nəzərdə tutulur.