Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yaponiyanın Azərbaycandakı səfiri Tədris Mərkəzinin inzibati binası ilə tanış olub

Yaponiyanın Azərbaycandakı səfiri cənab Vada Cüniçi aprelin 7-də Şamaxı rayonuna səfəri çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin inzibati binası ilə tanış olub.

Səfirə Tədris Mərkəzinin binasında yerləşən Dövlət Vergi Xidmətinin vergi muzeyinin eksponantları barədə məlumat verilib. Muzeydə yerləşdirilmiş monitorlarda Azərbaycanın müxtəlif dövrlərində mövcud olmuş vergi növləri, onların tarixi inkişaf zamanı dəyişilməsi və müasir dövr vergiləri haqqında məlumatlar öz əksini tapıb. Səfir Vada Cüniçi Tədris Mərkəzinin auditoriyaları və kitabxanası ilə tanış olub, gələcəkdə Mərkəzdə birgə görüşlərin keçirilməsini təklif edib.