Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İcbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsinə dair bukletlər hazırlanıb

Azərbaycanda bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta haqlarının yığımına isə 1 yanvar 2021-ci il tarixindən start verilib. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.

Vergi ödəyicilərinin məlumatandırılması məqsədilə icbari tibbi sığorta haqlarının yığımını həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici bukletlər hazırlanıb. “İcbari tibbi sığorta haqqı”, “Sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları hesablanması və ödənilməsi” və “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı” kimi mövzuları əhatə edən bukletlərdə icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi əyani izah edilir. Bukletlərlə aşağıdakı ünvanda tanış olmaq olar: https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler