İqtisadi fəaliyyət növlərinin alt fəaliyyət növləri yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni "alt səviyyə" əlavə edilib. Alt səviyyə mövcud olan hər bir 5 rəqəmli fəaliyyət növünə 7 rəqəmli alt fəaliyyət növləri əlavə edilməklə yaradılıb.
Hazırda vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) uçota alınması zamanı yalnız 7 rəqəmli alt fəaliyyət növlərindən istifadə edilir. 7 rəqəmli alt fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar: https://www.taxes.gov.az/az/page/bir-pencere