İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib
Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli Qərarı ilə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli Qərara dəyişiklik edilərək icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib. Daxilolmaların yeni büdcə təsnifatı kodları icbari tibbi sığorta haqları, maliyyə sanksiyası və faizlər üzrə ödənişlərin düzgün uçotunun aparılmasına, ödənişlərin şəxsi hesab vərəqələrində vahid şəkildə optimallaşdırılmasına imkan yaradacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin nəzərinə çatdırır ki, icbari tibbi sığorta haqlarının ödənişləri aşağıdakı büdcə təsnifat kodarı üzrə aparılacaq:
124000 |
İcbari tibbi sığorta üzrə sığorta haqları |
124100 |
İşəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı |
124110 |
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı |
124120 |
Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatlara aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı |
124130 |
Hasilatın pay bölgüsü sazişləri üzrə xarici və yerli subpodratçılara aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı |
124140 |
Büdcə təşkilatlarına aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı |
124150 |
Dövlət adından yaradılan publik hüquqi şəxslərə aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı |
124160 |
Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı |
124170 |
Digər işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı |
124200 |
Muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı |
124210 |
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı |
124220 |
Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatlarda muzdla işləyənlərin əməkhaqlarından icbari tibbi sığorta üzrə sığorta haqqı |
124230 |
Hasilatın pay bölgüsü sazişləri üzrə xarici və yerli subpodratçılarda muzdla işləyənlərin əməkhaqlarından icbari tibbi sığorta üzrə sığorta haqqı |
124240 |
Büdcə təşkilatlarında muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı |
124250 |
Dövlət adından yaradılan publik hüquqi şəxslərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı |
124260 |
Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı |
124270 |
Digər işəgötürənlərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı |
124300 |
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı |
124400 |
Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı |
124500 |
Digər sığortaolunanlar üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı |
124600 |
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı |
124610 |
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı |
124620 |
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan dizel yanacağının hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı |
124630 |
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan maye qazın hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı |
124700 |
Vergi ödəyiciləri tərəfindən aksiz dərəcələri üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqları |
124710 |
Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinə görə daxilolmalar |
124720 |
Pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar |
124730 |
Siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar |
124740 |
Energetik içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar |
124800 |
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər |
127000 |
İcbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə daxilolmalar |
127100 |
İcbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından daxilolmalar |
127200 |
İcbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar |
127300 |
İcbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar |
Bundan əlavə, icbari tibbi sığorta haqları üzrə xəzinə hesabı aşağıdakı kimidir:
Benefisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWIFT BİK: CTREAZ22
Vəsaiti alan
Adı: İcbari Tibbi Sığorta üzrə DA
Hesab№: AZ04CTRE00000000000008838301
VÖEN: 1701911851
Büdcə səviyyə kodu: 7