Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Koronavirus zamanı ticarət obyektlərində hansı tələblər yerinə yetirilməlidir?

İqtisadiyyat Nazirliyi pandemiya ilə mübarizə çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir. Bu istiqamətdə hazırlanan növbəti videoçarx karantin rejimində ticarət obyektlərində yerinə yetirilməli olan tələbləri özündə əks etdirir.

Sadə və anlaşılan qrafik izah üzərində qurulan videoçarxda əsas diqqət hər bir ticarət obyektində həm əməkdaşların, həm də alıcıların sağlamlığının qorunmasının vacibliyinə, həm də infeksiyasının yayılmasına qarşı profilaktik tələblərə ciddi riayət edilməsinə yönəldilib. Bu tələblər isə ticarət obyektinin zəruri gigiyena vasitələri ilə təmin edilməsi və bu vasitələrin hamı üçün əlçatan olması, obyekt daxilində sosial məsafənin qorunmasına ciddi nəzarət edilməsi, ticarət obyektinin bütün əməkdaşlarının qoruyucu maska taxması, maskasız alıcıların obyektə daxil olmasına icazə verilməməsidir.

Çarxda vurğulanan daha bir məqam odur ki, obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, alıcıların sayına nəzarət olunmalı, zərurət yarandqıda istehlakçıların növbə ilə girişi təmin edilməlidir.

Pandemiya dövrünün əsas çağırışları - “Biz birlikdə güclüyük” və “Koronavirusa yalnız birlikdə qalib gəlmək mümkündür” videoçarxın ana xəttini təşkil edir.

Hər bir şəxs tərəfindən qaydalara riayət edilməsinin vacibliyi vurğulanan maarifləndirici çarx istehlakçılar və ticarət obyektlərinin əməkdaşları üçün nəzərdə tutulub.