Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət qurumlarının tabeliyində olan Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş tam təsərrüfat hesablı müəssisələrin rəhbərlərinin nəzərinə

Dövlət qurumlarının tabeliyində olan tam təsərrüfat hesablı müəssisələrin əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərinin əmək haqqının müəyyən hissəsinin  Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi üçün İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az)  vergi ödəyicisinin şəxsi elektron kabinetində yerləşdirilmiş müraciət formasını dolduraraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərmək lazımdır.

Qismən təsərrüfat hesablı müəssisələrə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmadığından onlardan müraciət etməmələri xahiş olunur.