Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat naziri Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib

Mayın 18-də Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun 2-ci iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksək səviyyəli şəxslər iştirak edib. Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstək verilməsidir.

İclasda karantin rejimindən çıxış strategiyaları üzrə koordinasiyanın vacibliyi, postpandemiya dövrünə hazırlıq, təchizat zəncirinin dayanıqlığının artırılması, “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun 1-ci iclası aprelin 30-da keçirilib.