Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbulu

Hörmətli vergi ödəyiciləri!

12 may 2020-ci il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə əldə edilməklə həyata keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (https://www.e-taxes.gov.az/ebyn/novbe/) onlayn növbəyə yazılmaq imkanından vergi ödəyiciləri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə artıq növbəyə yazılmış şəxslər tərəfindən növbə vaxtlarının və tutulmuş növbələrin aid olduğu xidmət mərkəzlərinin dəyişdirilməsi imkanı yaradılmış və istifadəyə verilmişdir.

Aşağıdakı internet ünvanı (link) vasitəsi ilə onlayn növbəni əldə edə və ya öncədən tutulmuş növbəni dəyişə bilərsiniz:

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə “Onlayn növbə üçün müraciətin təsdiqlənməsi barədə Bildiriş”i (elektron xidmətin sonunda ekranda əks olunan və (və ya) elektron poçt ünvanına göndərilən) və şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, tibbi maska olmadan xidmət mərkəzində qəbul həyata keçirilmir.

Əlavə olaraq bildiririk ki, dəfələrlə növbəyə yazılmış lakin xidmət mərkəzinə xidmət almaq üçün yaxınlaşmamış şəxslərin növbələrinin ləğv olunması məsələsinə baxıla bilər.

Yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti