Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi (video)
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sıx dövlət-vətəndaş həmrəyliyinə söykənərək insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atılır.