Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə ONLAYN MÜRACİƏTIN TƏRTİB OLUNMASI QAYDASI
Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürüləcək. Bu məqsədlə qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetlərinə (www.e-taxes.gov.az) “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.
Vergi ödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdır.