Vergi orqanlarında könüllü fəaliyyəti barədə
Vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar 2 mart 2020-ci il tarixli elan üzrə müraciətlər qeydə alınmışdır.
Lakin koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.
Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.