Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yerli investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması (təhsil müəssisələri istisna olmaqla)

  • Notariat qaydasında təsdiq olunmuş "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə"
  • "Təsisçi - fiziki şəxslər barədə məlumat"
  • Təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti
  • "Təsisçi - hüquqi şəxslər barədə məlumat"
  • Təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti
  • Qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə
  • Qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar)
  • "Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat" (yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxs üçün)
  • "Müşahidə şurasının üzvləri barədə məlumat" (kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə))
  • "Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat" (xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)
  • Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti
  • Hüquqi ünvanını təsdiq edən sənəd
  • Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)
  • Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)
  • Nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi
  • Ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi
  • Etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)
  • Bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq orqanının ilkin razılığını təsdiq edən sənəd.

Kommersiya qurumunun onlayn qeydiyyatı

  • Gücləndirilmiş elektron imza
  • Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında nizamnamə

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı isə 1 gündən gec olmayaraq həyata keçirilir.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Vergilər Nazirliyinin "İnternet vergi idarəsi"ndə yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası qanununa müvafiq olaraq Azərbaycan Respublikasında hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. ("Onlayn kargüzarlıq" internet səhifəsindən istifadə Təlimatı)