Məmməd Quliyev – 26.05.1986-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.
Təhsil aldığı universitet və ixtisası: Azərbaycan Dövlət İqtisad Universiteti, iqtisadçı
Əmək fəaliyyəti: 2009-cu ildən 2011-ci ilə kimi Xocavənd rayon Vergilər Şöbəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışmışdır.
2011-ci ildən 2013-cü ilədək Bakı Vergilər Departamentinin Bəyannamələr idarəsi və Apelyasiya şöbələrində böyük dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışmışdır.
2013-2014-cü illərdə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.
2014-cü ildən 2017-ci ilədək Vergilər Nazirliyinin Çağrı Mərkəzində bölmə və şöbə rəisi vəzifələrində çalışmışdır.
2017-2018-ci illərdə Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinin qəbulu və xidmət şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.
2018-ci ilin iyul ayından 2024-cü ilin 1 aprel tarixinədək Vergi ödəyicilərinə xidmət baş idarəsinin Vergi ödəyicilərinə xidmətin təşkili şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
1 aprel 2024-cü il tarixdə Vergi ombudsmanı xidməti baş idərəsinin Müraciətlərin yaranma hallarının araşdırılması şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır.