Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Arif Quliyev – 25.11.1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsil aldığı universitet və ixtisası: Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (hal-hazırda Azərbaycan Dövlət İqtisad Universiteti), iqtisadçı.

Əmək fəaliyyəti: 41 ildən artıq iş təcrübəsinin 9 ilini istehsalat sahəsində iqtisadçı kimi, 32 ildən artıq isə vergi sahəsində çalışır.

1983-cü ildən 1992-ci ilədək SSRİ Aviasiya Sənayəsi Nazirliyinin Bakı Aqreqat İstehsalat Birliyində (hal-hazırda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin İqlim Elmi-İstehsalat Müəssisəsi) iqtisadçı, Plan-İqtisad şöbəsinin rəisi, Birliyin baş iqtisadçısı və Birliyin baş direktorunun iqtisadiyyat üzrə müavini olmuşdur.

1992-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi vəzifəsini tutmuşdur.

1999-cu ildən 2023-cü ilədək PraysvoterhausKupers (PwC) şirkətində vergi üzrə menecer və Vergi departamentinin direktoru vəzifələrində çalışmışdır.

2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət rəisinin müşaviri, 1 aprel 2024-cü il tarixdə Vergi ombudsmanı xidməti baş idərəsinin rəisi vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır.