Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Fəxrəddin Abdullayev Hüseyn oğlu fe***@mail.ru ID: 7709
Salam. Mənim atam 1954-cü ildə Macarıstan müharibə iştirakçısı olub. Həmin müharibədə yaralanıb. Sualım ondan ibarətdir ki, mən bir övlad kimi gəlir vergisinin hansı növündən azad olunmalıyam və hansı miqdarda? Mənim bilgimə görə Vergilər məcəlləsinin -"102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;" "102.4.3. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;" maddələrinə görə gəlir vergisinin müəyyən hissəsindən azad olunmalıyam. Mənim bilgilərimdə səhflik var ya düz bilirəm. Xahiş edirəm cavablandırasınız
14/02/2023 Oxunub: 121 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.           

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.4.3-cü maddəsinə əsasən Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu maddədə qeyd olunan vergi güzəşti hərbi vəzifəlilərin ailə üzvlərinə şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səmədova Səfiyyə Rəsul qızı s_***@mail.ru ID: 7707
Bir sual vermək istəyirəm. Cavablandırdıgınız halda əvvəlcədən təşəkkür edirəm. Keçirəm suala. Deməli: fiziki şəxs gəlir vergisi ödəyicisidir. Fəaliyyəti kitab nəşridir. Bir bank tərəfindən bu fiziki şəxsin nəşr və çap etdirdiyi kitablarına görə Müşahidə şurasının protokoluna əsasən maliyyə dəstəyi göstərib. Vəsait fiziki şəxsin bank hesabına ödənilib. Amma fiziki şəxs tərəfindən e-qaimə göndərilməyib (bank da tələb etməyib). Bilmək istəyirəm ki, fiziki şəxs gəlir vergisi ödəməlidir? Maliyyə yardımı kimi gəlir vergisi bəyannaməsində göstəriləcək?
14/02/2023 Oxunub: 93 Orta qiymət: 5

Bildiririk ki, kitab nəşri ilə məşğul olan şəxslər sahibkarlıq fəaliyyəti göstərdiyindən bank tərəfindən kitab nəşri ilə məşğul olan şəxsə ödənilən pul vəsaiti həmin şəxsin vergi tutulan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 96-cı və 101-ci maddələri.
 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Emin Xəlilov İslam oğlu xe***@gmail.com ID: 7702
Salam. Mən dövlət qulluğunda işləyirəm, iki azyaşlı övladım var. Həyat yoldaşım da işləyir. Bilmək istəyirəm ki, həyat yoldaşım himayədə olanlara aid edilir? Mən 50 manat güzəştdən istifadə edə bilərəm?
13/02/2023 Oxunub: 66 Orta qiymət: 0

Bildiririk ki, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunanlara əsasən, Sizin himayənizdə yalnız iki nəfər olduğundan müvafiq vergi güzəştindən istifadə etmək hüququnuz yoxdur. Belə ki, həyat yoldaşınız işlədiyi üçün himayədə olan şəxs hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eldar Kərimov ke***@gmail.com ID: 7700
Salam. Mən bilmək istəyirəm ki, mən ölkədən başqa ölkəyə müvəqqəti getmək üçün çıxışıma icazə var ya yoxdur?
13/02/2023 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, ölkədən çıxışa qadağanın olub-olmaması haqda məlumatı əldə etmək üçün İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Aşağıda qeyd olunan link vasitəsilə qeyd olunan elektron xidmətdən istifadə edə bilərsiniz.

https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Baxışov Səbuhi Se***@mail.ru ID: 7697
Salam, mən 28.04.2022-ci ildə Kristal Abşeron ASC-dən mənzil almışam. Amma bina 2023-cü ilin 4-cü rübündə təhvil veriləcək. ƏDV alınmasi üçün qeydiyyat və müraciət etmişəm. Bina təhvil veriləndən sonra ƏDV qaytarılacaq?
12/02/2023 Oxunub: 100 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Eyni zamanda bildiririk ki, müvafiq qaydalara əsasən yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfər Qocayev Yəhya la***@gmail.com ID: 7695
Mən artıq 10 ildir ki, təqaüdçüyəm. Daşınmaz əmlakın dövlət reyesterindən Seriya MH № 0143433 çıxarışına sahibəm. Xətai bələdiyyəsi 2 ildir, mənə əmlak vergisinə görə tədiyə bildirişi göndərir. Qanuna görə təqaüdçülər bu vergidən azaddır. Xahiş edirəm, mənə izah edəsiniz ki, hansı sənədlər lazımdır və kimə müraciət edim?
12/02/2023 Oxunub: 122 Orta qiymət: 0

Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Qeyd olunan azadolmadan yararlanmaq üçün pensiyaçı olmağınızı təsdiq edən sənədlə aidiyyəti üzrə bələdiyyəyə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 199.3-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aqşin Pirquliyev Ağa aq***@gmail.com ID: 7692
Salam. İpoteka ilə ev almışıq. Amma 20.05.2022 tarixdən sonra aldığımız üçün deyilir ki, əsas məbləğ ayrı, ədv ayrı ödənilməlidir. Lakin müvəkkil bank elə ödəməyib. Bu zaman nə etməliyik?
11/02/2023 Oxunub: 115 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Eyni zamanda bildiririk ki, müvafiq qaydalara əsasən yaşayış və qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Həsənov ha***@gmail.com ID: 7690
Salam. Mən onlayn satış saytında satıcı profili açmaq istəyirəm. Məndən vergi nömrəsi istənilir. Mən eyni zamanda əməkhaqqı aldığm zaman vergi tutulması olduğu üçün bilmək istəyirdim, hər bir vergi ödəyicisi olan vətəndaşın vergi nömrəsi olur? Yoxsa vergi nömrəsi əldə etmək üçün vergi idarəsinə müraciət etməliyəm? Əgər yeni müraciət etməliyəmsə, bu prosedur barədə məlumat verərdiniz, zəhmət olmasa. Onlayn müraciət mümkündür?
11/02/2023 Oxunub: 135 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələkbərov Adil Məmməd ad***@gmail.com ID: 7688
Azərbaycan Respublikasının vətəndaşı "free zona"da hüquqi şəxs təsis etmək üçün pay qoyuluşu edərsə, bu halda Vergi Məcəlləsinin 13.2.16.14-1, 125 və 128-ci maddələr üzrə və ya digər hər hansı səbəbdən hər hansı vergi öhdəlikləri varmı?
10/02/2023 Oxunub: 146 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin siyahısı Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində göstərilmişdir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. 

Eyni zamanda Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 128-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliqismət Mirzəyev Mirzəkişi ha***@gmail.com ID: 7687
Salam. 6300433332 mənim VÖEN-imdir. Bilmək istəyirəm ki, hansı fəaliyyətə görə açılıb və fiziki şəxs ya huquqi şəxsdir?
10/02/2023 Oxunub: 72 Orta qiymət: 0

Bildiririk ki, Mirzəyev Əliqismət Mirzəkişi oğlu (VÖEN 6300433332) fiziki şəxs kimi vergi uçotundadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

Siz qeydiyyatda olduğunuz vergi orqanına müraciət edərək vergi uçotunuz və mövcud öhdəlikləriniz haqda əlavə məlumatları əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 24-cü və 30.2.8-ci maddələri

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rashad Sharifli re***@mail.ru ID: 7685
Salam. Mən Bakıda təlim keçən kurslardan birinə yazildim və nağdsız ödəniş etdim. Ödənişlə əlaqədar mənə invoys verdilər. İnvoysda ƏDV tutulduğu görsənir. Mən ƏDV geri al-dan necə faydalana bilərəm?
09/02/2023 Oxunub: 159 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan təlim xidmətlərinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Belə ki, Vergi Məcəlləsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətləri ilə bağlı ödənilmiş ƏDV-nin müəyyən edilmiş hissəsinin geri qaytarılması həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aydın aa***@mail.ru ID: 7684
Salam. Mən əməkhaqqımdan tutulmalar barəsində məlumat almaq istərdim, 2655.4 manatdir. Gəlir vergisini tutanda gəlir vergisinin tutulmayan hissəsi olan 200-manatdan da gəlir vergisi tuturlar. Xahiş edirəm mənimlə əlaqə saxlayın.
09/02/2023 Oxunub: 91 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Sorğunuzda qeyd olunan halda, muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlir 2500 manatdan çox olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin isə muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. 

Siz əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əməkhaqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə, sual yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şamil Əliyev Muxtar sh***@gmail.com ID: 7682
Salam, müharibə veteranlarına depozit faizlərindən vergi tutulma qaydasını birdirin (01.02.2023 tarixdən). Minnətdaram!
08/02/2023 Oxunub: 130 Orta qiymət: 0

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. Qeyd olunan güzəştin müddətinin 2023-cü il fevralın 1-dən başa çatdığını nəzərə alaraq, həmin tarixdən etibarən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bununla yanaşı bildiririk ki, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək. Bu baxımdan yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ödəmə mənbəyində gəlir vergisinə cəlb edilməsi yalnız 01.02.2023-cü il tarixindən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcək.

Eyni zamanda qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması, investorların kapital bazarında fəal iştirakının və investor bazasının genişləndirilməsi məqsədilə, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-ci və 102.1.22-2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbrahim Babayev ib***@gmail.com ID: 7679
Salam. Mən perajki, qutab və s. kimi xırda un məmulatlarından hazırlanan qida məhsulu ilə məşğul olmaq istərdim. Bu barədə vergi ilə bağlı bütün öhdəliklərimi, hansı vergiyə cəlb olunacağımı və s. kimi bütün məlumatları mənə verməyinizi xahiş edirəm. Ümumiyyətcə sıfırdan başlamaq üçün məni məlumatlandırardınız zəhmət olmasa. Öncədən təşəkkür edirəm.
08/02/2023 Oxunub: 91 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.  

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı,101-ci, 102-ci, 218-ci və 220-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əliəkbər Abbasov Abbas el***@gmail.com ID: 7678
Salam, hər vaxtınız xeyr. Mən Abbasov Əliəkbər ( VÖEN 0201390262) yenilikçə vergi ödəyicisi olmuşam və nəzarət kassa aparatı əldə etmək istəyirəm. Lakin, mən onlayn olaraq pərakəndə satış edəcəyim üçün təsərrüfat obyektinə ehtiyacın olmadığını düşünmüşdüm. Fəaliyyət sahəsi kodunu seçim edərkən Vergi Çağrı Mərkəzi ilə əlaqə saxladım və mənə əsas hansı işi həyata keçirəcəksinizsə onu ilk öncə qeyd etməyi daha sonra digər fəaliyyət sahələrinin əlavə etməyi məsləhət etdilər (əsas Fəaliyyət sahə kodum - 4741101). Nəzarət kassa aparatını öz mənzilimə qoşmaq imkanım varmı? Lakin, mənzil valideynimin adınadır, mənim mülkiyyətimdə də heç bir təsərrüfat obyekti yoxdur. Əgər bu mümkündürsə bu zaman mən öz ailəmə heçbir icarə haqqı ödəməyəcəm və bunun əsasında hansı müqavilə bağlanılmalıdır? Qeyd etmək istədiyim, bu vəziyyətdə mən nə etməliyəm, ətraflı olaraq mail və yaxud əlaqə saxlayaraq məlumat qeyd etsəniz sevinərəm. Təşəkkürlər.
08/02/2023 Oxunub: 225 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü (4741101- KOMPÜTERLƏRİN PƏRAKƏNDƏ SATIŞI) obyekt və NKA tələb edən fəaliyyət sahəsidir. 

Belə ki, vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidir.

Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Vergi ödəyicilərinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərinin mülkiyyətçisi qismində onların ailə üzvləri olduqda, bu zaman daşınmaz əmlakla bağlı tərəflər arasında yaranan münasibətlərin əvəzsiz istifadəyə dair müqavilə ilə rəsmiləşdirilməsi mümkündür. Bununla bağlı vergi orqanına tərəflərin ailə üzvü olması haqqında sənəd təqdim olunmalıdır.

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz. Müraciətiniz barədə əlavə məlumat və metodiki köməklik üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vüqar Əliyev Akif bu***@gmail.com ID: 7677
Salam, sualım budur ki, adına VÖEN olan şəxs əmək pensiyasına və ya sosial müavinət üçün müraciət edərkən Naxçıvan ƏƏSMN VÖEN-in ləğvini tələb edir. Bu hansı qanunla tənzimlənir? Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs pensiyaya çıxarkən və ya müavinət almaq üçün müraciət edərkən VÖEN-nin ləğv etməlidirmi?
08/02/2023 Oxunub: 95 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

- fəaliyyətinə xitam verildikdə;

- məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

- vəfat etdikdə.

Göründüyü kimi, fiziki şəxsin pensiya və ya sosial müavinət üçün müraciət etməsi fiziki şəxsin vergi uçotundan çıxarılması üçün əsas hesab edilmir. Bununla yanaşı, pensiya təminatı və sosial müavinətlər üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Amir Amirzadə ay***@gmail.com ID: 7676
2020-ci ilin sonuna müəssisənin balansında dəyəri 650 manat olan əsas vəsait mövcud olmuşdur. 2021-ci ildə bu əsas vəsait amortizasiya olunaraq 2021-ci ilin sonuna qalıq dəyəri 487 manat olmuşdur. 1) 2021-ci ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan aşağı düşdüyü üçün 2021-ci ilin yoxsa 2022-ci ilin mənfəət bəyannaməsində 227.8 “VM-in 114.6 maddəsinə əsasən çıxılan əsas vəsaitlərin qalıq dəyərinin məbləği” xanasında xərc olaraq göstərilməlidir?
08/02/2023 Oxunub: 96 Orta qiymət: 0

Bildiririk ki, İlin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Sorğunuzda 2021-ci ilin sonuna əsas vəsaitin dəyəri 500 manatdan az olduğu üçün, həmin il üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Amir Amirzadə ay***@gmail.com ID: 7675
Müəssisə təlim sahəsində fəaliyyət göstərir. Kurs (təsərrüfat obyekti) daxilində nağd ödənişlər zamanı vətəndaşlara kassa mədaxil orderi, nağdsız ödənişlərdə isə POS terminal çeki təqdim olunur. Onlayn kurslarda isə vətəndaşlar obyektə yaxınlaşmadıqları üçün "card to card" vasitəsi ilə müəssisənin biznes kart hesabına ödənişlər edilir. Bilmək istəyirəm ki, vətəndaşlardan bu cür "card to card" vasitəsi ilə ödənişlərin qəbulu nağd yoxsa nağdsız əməliyyat sayılır? Vətəndaşlara ödənişlə bağlı kassa mədaxil orderi və ya hər hansı təsdiq edici sənəd təqdim olunmalıdırmı?
08/02/2023 Oxunub: 211 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin müddəalarına əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Buna əsasən sorğuda qeyd olunan halda, hüquqi şəxs tərəfindən rezident fiziki şəxsə beynəlxalq daşıma xidmətlərinin göstərilməsi müqabilində nağd qaydada pul vəsaitinin qəbulu qanunla nəzərdə tutulmuş qaydada ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.

Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinin müddəalarına əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalara aid edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Amir Amirzada ay***@gmail.com ID: 7673
Konsultasiya xidməti ilə məşğul olan müəssisə ofisdə istilik sisteminin quraşdırılması üçün ümumi dəyəri 11000 manat olmaqla, 2000 manat dəyərində kombi və 300 manat dəyərində 30 ədəd radiator almışdır. Bundan əlavə cəmi dəyəri 12000 manat olmaqla, birinin qiyməti 120 manat olan 100 ədəd işçi kreslosu alınmışdır. Bilmək istəyirəm ki, bu əsas vəsaitlərin cəmi dəyəri 23 000 manat cəmlənərək digər əsas vəsaitlər kateqoriyası altında göstərilib, hər il müvafiq normaya (20%) əsasən amortizasiya oluna bilərmi? Yoxsa, yalnız 2000 manat dəyərində olan kombi əsas vəsait hesab olunub amortizasihya olunmalı və 21000 manat dəyərində radiator və kreslolar gəlirdən çıxılan xərclərə aid edilməlidir? Xahiş edirəm ki, yuxarıdakı misal üzərindən dəqiq cavab verəsiniz.
08/02/2023 Oxunub: 92 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab edilir.

Cəmiyyət tərəfindən hesabat ili ərzində alınan avadanlıqlar əsas vəsait kimi uçota alınmalı və dəyəri 500 manatdan aşağı olduğu halda hesabat ilində tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci və 114-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəlaləddin Əlizadə Kəmaləddin ce***@gmail.com ID: 7671
Salam. Mənim vergi borcum var. Tam olaraq öyrənmək istəyirəm borcum haqqında.
08/02/2023 Oxunub: 93 Orta qiymət: 0

Bildiririk ki, vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

0/5 (0 Orta qiymət)
Qiymət ver: