Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Oruc Hüseynov Vilayət oğlu or***@azeraluminium.com ID: 8292
Yazıb sizdən xahiş edirəm ki, V.M-nin 175.1.3 maddəsinin ikinci abzası olan “Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur.” hissəsinə ətraflı misallar gətirməklə açıqlama, şərh verəsiniz. Verəcəyiniz ətraflı açıqlama üçün əvvəlcədən təşəkkür edirəm.
16/06/2023 Oxunub: 165 Orta qiymət: 1

Bildiririk ki, ƏDV-nin əvəzləşdirilməsi ƏDV ödəyiciləri tərəfindən alınmış elektron qaimə-faktura əsasında həyata keçirilir. Bunun üçün həmin vergi ödəyiciləri tərəfindən alınmış elektron vergi qaimə-fakturada göstərilən malların (işlərin və xidmətlərin) ƏDV-siz dəyərini nağdsız qaydada həmin malları (işləri və xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməli və həmin mallar (işlər və xidmətlər) kommersiya məqsədləri üçün istifadə edilməlidir.

Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinin müddəalarına əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Buna əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün sərf olunan mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, istehsal məsrəfinə aid edilən xərclər barədə məlumatı əldə olunması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Rafət Novruzov ra***@gmail.com ID: 8291
Salam, mən vergi borcumu öyrənmək istəyirəm. Vergi yoxlamada oz VÖEN kodumu daxil etdim, kodun yalnış olduğu söyləndi.
15/06/2023 Oxunub: 112 Orta qiymət: 0

Bildiririk ki, vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sərdar Əzimov Mamed se***@gmail.com ID: 8285
Salam. Yanvar ayında VÖEN açdırmışam və 1 ay sonra bağlatdırmışam, heç bir fəaliyyətim olmayıb. Ləğv etdirmək üçün nə etdirməliyəm? Əvvəlcədən təşəkkür edirəm.
15/06/2023 Oxunub: 101 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Novruzova Nuridə Hümmət pe***@mail.ru ID: 8279
Hüquqi şəxsin bağlanılması üçün hansı sənədlər lazımdır və hara müraciət etmək lazımdır?
13/06/2023 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında, o cümlədən təqdim olunan sənədlərin siyahısı və sənədlərin təqdim olunduğu vergi orqanı hadqa ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vəliyev Rəşad v-***@mail.ru ID: 8033
Salam. Mən öz veb saytımda, müxətlif proqramlaşdırma kurslarının satışını həyatə keçirmək istəyirəm. Mənim fəliyyətin hansı İqtisadi fəaliyyət sahəsinə aiddir ? Zəhmət olmasa, bu barədə məlumat veərədiniz
12/06/2023 Oxunub: 235 Orta qiymət: 4

Bildiririk ki, müxətlif proqramlaşdırma kurslarının satışı ilə bağlı “Proqram təminatının pərakəndə satışı-4741103” və ya “Proqram təminatının topdan satışı-4651003” fəaliyyət növləri seçilə bilər.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Ramil Xakimov rs***@gmail.com ID: 8277
Добрый день для того чтобы открыть компанию мне нужно зарегистрироваться в налоговых органах. Помогите как это сделать? Спасибо огромное.
12/06/2023 Oxunub: 67 Orta qiymət: 0

Bildiririk ki, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı üsulları (elektron və kağız formada), tələb olunan sənədlərin siyahısı, nizamnamə, əsasnamə, qərar nümunələri, ərizə formaları və onların doldurulması qaydaları və  qeydiyyat prosedurlarına aid digər məlumatlarla saytımızın "Kommersiya qurumlarının dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu" bölməsində tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Asif Nuriyev Vahid oğlu as***@gmail.com ID: 8275
Salam. Mən Azər-Türk Bank vasitəsilə 2021-ci ildə MİDA-dan ipoteka xətti ilə mənzil almışam. Həmin aldığım mənzilin dəyərinə uyğun olaraq mənə nə qədər ƏDV düşür və həmin məbləği almaq üçün hansı sənədləri təqdim etməliyəm? Öncədən diqqətinizə görə təşəkkür edirəm.
12/06/2023 Oxunub: 144 Orta qiymət: 0

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Emil Etibarov Em***@gmail.com ID: 8064
Salam. Zəhmət olmasa, bildirərdiniz. Mən hər hansı bir şirkətin Azərnbaycan üzrə nümayəndəsi təyin edilmişəm, misal olaraq. Fəaliyyətin əsas məqsədi bu şirkətin azərbaycanda tanıdılması və biznes əlaqələrin yaradılmasıdır. Qeyd etmək istərdim ki, fərdi olaraq Azərbaycan Respublikasında hər hansı məhsulların birbaşa gətirilib satılması nəzərdə tutulmayıb (freelance) olaraq nümayəndəsiyəm sadəcə. Gəlir isə şirkətlər arasında baş tutacaq biznes prosesləri sonunda müəyyən nəzərdə tutulmuş faiz olacaqdır. Mənim hal hazırda VOEN-im var, amma bağlıdır. Təbii ki, fəaliyyətlə bağlı bunu açdırmaq və müvafiq olaraq VOEN ə bağlı olacaq bank hesabı açdırmaq niyyətindəyəm. Məsələ busasındadır ki, fəaliyyət növü bölməsində məhz nümayəndə kimi və ya freelancer kimi fiziki şəxs olaraq kod tapmaq mümkün deyil. Bu fəaliyyəti hansı kod altında qeydiyyata alınmalıdır?
12/06/2023 Oxunub: 212 Orta qiymət: 3

Bildiririk ki, sorğunuzda qeyd olunan fiziki şəxs tərəfindən uçota alınan zaman “Reklam materiallarının və ya nümunələrinin yayılması və çatdırılması - 7311003” fəaliyyət növü seçilə bilər.

3/5 (7 Orta qiymət)
Qiymət ver:
Hüseynov Cavid İlham ca***@mail.ru ID: 8272
Mən Aliekspresden mal almaq istəyirəm. Malın tutarı və çatdırılmadan başqa hansı vergiler tutulacaq? Mən dollar ilə alıram (57$ edir) başqa valyuta olduqda neçə faiz vergi olur və mən işlləmədiyim halda 18% dövlət vergisini verməliyəm? Yəni 57$ mal mənə axırda neçəyə başa gələcək?
10/06/2023 Oxunub: 80 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dadanova Günay Nazim of***@technoveraco.com ID: 8255
Salam. Şirkətin dövlət reyestrindən çıxarışın originalı lazımdır bizə. Sənədi haradan əldə edə bilərik?
07/06/2023 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əsgərov Əliqiyam Əlisafa aa***@gmail.com ID: 8254
Salam. Sizdən aşağıda göstərdiyim məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm: Mənim övladım Azərbaycan vətəndaşıdır və Bakı şəhərində qeydiyyatdadır. Lakin, övladım 7 ildir ki, ABŞ-da yaşayır. Bu halda mənim övladım Azərbaycan Respublikasının rezidenti və ya qeyri rezidenti olması haqda mənə məlumat verməyinizi xahiş edirəm. Hörmətlə.
07/06/2023 Oxunub: 100 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının rezidenti təqvim ili ərzində ardıcıl 182 gündən artıq faktiki olaraq Azərbaycan Respublikasının ərazisində olan fiziki şəxsdir.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır. Həmçinin, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ṣıxəliyev Murad Vaqif oğlu Ha***@gmail.com ID: 8251
Salam, mənim Asan imza, VÖEN hesabım var. Amma mən nömrəni və VÖEN-mi itirmiṣəm. VÖEN almaq üçün hara muraciət edim?
06/06/2023 Oxunub: 78 Orta qiymət: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

ASAN İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə bütün mobil operatorlardan (Azercell, Bakcell, Nar) Asan İmza SİM-kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və Asan İmza SİM-kartı ("ICCID" nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi ödəyicilərinə xidmət mərkəzinə və ASAN Xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət etməlidir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bəhruz Məmmədov be***@gmail.com ID: 8248
Salam. "A MMC" hüquqi şəxsini yaratmaq istədikdə, əgər qeydiyyat elektron qaydada tamalanırsa, həmin tamamlanmış fayl aidiyyəti üzrə müvafiq vergi orqanına mütləq şəkildə təqdim olunmalıdırmı? Əlavə olaraq, fiziki şəxs kimi vergi ödəyicisi qismində qeydiyyata alınmış şəxs MMC təsis etdikdə, mütləq şəkildə adına hüquqi şəxs kimi VÖEN açılmalıdırmı? Təşəkkürlər.
05/06/2023 Oxunub: 183 Orta qiymət: 3

Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri hesab olunur. Təsisçi fiziki şəxsin vergi uçotunda asılı olmasından asılı olmayaraq, kommersiya hüquqi şəxslərinə qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

Cəmiyyətin onlayn qaydada dövlət qeydiyyatına alınması, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın cəmiyyətin elektron ünvanına göndərilməsi (prosesin sonu) - real vaxt rejimində yerinə yetirilir. 

Hüquqi şəxsin elektron qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir. Zərurət yarandıqda, əlavə məlumatı Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

3/5 (1 Orta qiymət)
Qiymət ver:
Tuncay Salmanlı Tu***@gmail.com ID: 8234
Salam, vergi ödəyicisinin faktiki ünvanı soruşulduqda həmin ödəyicinin hal-hazırda yaşadığı ünvan yoxsa şəxsiyyət vəsiqəsində qeyd olunan qeydiyyat ünvanı nəzərdə tutulur?
01/06/2023 Oxunub: 71 Orta qiymət: 5

Bildiririk ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əhmədli Leyla Əbil qızı le***@inbox.ru ID: 8228
Salam. Sualım kəlağayı istehsalının gəlir vergisindən azad olması ilə bağlıdır. VM 102.1.12-ci maddəsində milli dəyərlərin təşviqinə görə bir çox məmulatlar misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması vergidən azad sayılır. Kəlağayı da 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunmasi üzrə Hökumətlərarası Komitəsinin 9-cu sesiyasında Yunesko tərəfindən Qeyri-maddi mədəni irs üzrə reqrezentativlər siyahısına daxil edilmişdir. Misalçün - misgərlik eyni regiondandır və gəlir vergisindən azaddır. Bunu nəzərə alaraq, kəlağayı da gəlir vergisindən azaddırmı?
31/05/2023 Oxunub: 141 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.12-ci maddəsinə əsasən sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri gəlir vergisindən azaddır.

Sorğuda göstərilən halda kəlağayı istehsalı fəaliyyətini həyata keçirən şəxslərin bu fəaliyyətdən əldə etdiyi gəlirlərinin vergidən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
İsayeva Səkinəxanım Firdovsi qızı se***@gmail.com ID: 8227
Hüquqi şəxsin fəaliyyətini 5 il dayandırdıqda 5 il ərzində yenidən bərpa edə bilərmi?
31/05/2023 Oxunub: 185 Orta qiymət: 5

Bildiririk ki, fəaliyyətini dayandırmış hüquqi şəxsin fəaliyyətini aktivləşdirməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bunun üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış” vergi orqanına təqdim edilməlidir.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə və ya "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz. 

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 16.5-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 23.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Mirzəyev Gülmirzə Babaqulu oğlu mi***@mail.ru ID: 8226
Qum-çınqıl istehsalı üçün Ağsu rayonunun ərazisində yerləşən Kalvaçaydan çay vadisindən çınqıl tədarükü üçün tərəfimizdən 6.0 hektar icarəyə götürülmüşdür. Həmin sahə üçün icarə haqqı ödənilir. Bundan əlavə tədarük olunan çınqıl üçün mədən vergisi bəyannaməsi verilir. Öyrənmək istəyirəm həmin sahə üçün torpaq vergisi bəyannaməsi verilməlidir ya yox?
31/05/2023 Oxunub: 224 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin  204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 

Eyni zamanda “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinin müddəalarına əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. 

Bununla yanaşı, Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci, 208-ci, 217-1-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.

 

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Məsud Həsənzadə ma***@gmail.com ID: 8069
İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının 5.3-cü bəndində qeyd olunur: 5.3. DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Sualım bundan ibarətdir ki, qeyri-rezidentə ödənişin bir qismin edib (müqavilə şərtinə əsasən), daha sonra DTA-03 forması üzrə müraciət etmək mümkündür? Ödəniş və DTA-03 sənədi eyni rüb daxilində olur, amma ödəniş DTA-03 bildirişindən bir neçə gün əvvəlki tarixdə icra olunur. Zəhmət olmasa bu qeyd olunan məsələnin mümkünlüyü ilə bağlı açıqlama yazardınız.
30/05/2023 Oxunub: 336 Orta qiymət: 5

Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” (bundan sonra - Qaydalar) ilə tənzimlənir.

Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

Göstərilənləri nəzərə alaraq, bildiririk ki, əgər vergi ödəyici rüb bitməmiş DTA-03 forması ilə vergi orqanına müraciət edirsə və həmin rüb ərzində aparılan ödəmələrlə bağlı “Razılıq məktubu” əldə etmişdirsə, müvafiq razılıq məktubunda qeyd olunan müddətlər çərçivəsində aparılan ödəmələrə münasibətdə aşağı vergi dərəcəsini və ya vergidən tam azadolmanı tətbiq edə bilər.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Abdullayev Hikmət Salamulla oğlu hi***@gmail.com ID: 8221
Salam. Əgər vergi ödəyicinin satdığı malların alış qaiməsi və ya aktı yoxdursa, mənfəət və ya gəlir vergisinin hesablanma qaydası necədir? Misal üçün il ərzində satılmış malın dəyəri 100 manat təşkil edirsə və bu malların alış qaiməsi yoxdursa və ya bir hissəsinin alış qaiməsi yoxdursa mənfəət və ya gəlir vergisi necə hesablanmalıdır? Xahiş edirəm ətraflı və misal üzərindən cavab verəsiniz. Təşəkkür edirəm.
30/05/2023 Oxunub: 215 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablaya bilər.

Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir:

- vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında:

M1 = G1 : ( 100 + R) x R, burada:

M1 — vergi ödəyicinin mənfəəti;

G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir;

R — şərti rentabellik normasıdır.

- vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında;

M1 = X1 : 100 x R, burada:

M1 — vergi ödəyicisinin mənfəəti;

X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər;

Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinə əsasən həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58.8-ci, 67-ci, 83.9-cu və 130-cu maddələri, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Bəhram Bayramov Azər ba***@gmail.com ID: 7950
Salam. Mən Rusiya fond bazarına investisiya qoymaq istərdim. Anladığım qədər bunun üçün VÖEN almalıyam. VÖEN aldıqdan sonra mənim hansı öhdəliklərim olacaq? Hansı hesabat, period və hansı formatda hesabat təqdim etməliyəm? Bildiyimə görə, mənim investisiya yatıracağım broker vergiləri müstəqil şəkildə vergi orqanına köçürür. Bu halda hansı cari vergi dərəcəsi tətbiq olunacaq və ikiqat vergitutmanın qarşısını necə almaq olar?
30/05/2023 Oxunub: 206 Orta qiymət: 4

Bildiririk ki, Azərbaycan Respublikası ilə Rusiya Respublikası arasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” 03.07.1997-ci il tarixdə imzalanan Saziş qüvvədədir və rezident və qeyri-rezident şəxslər həmin Sazişin müddəalarından faydalana bilərlər.

4/5 (6 Orta qiymət)
Qiymət ver: