Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Həmidov Ənvər Abdullayeviç aa***@linka.az ID: 503
Vergi məcəlləsinin 106.1.17. maddəsində nəzərdə tutulan "investisiya təşviqi sənədi"ni hansı Dövlət qurumu verir? Yəni bu sənədi əldə etmək üçün hansı Dövlət qurumuna müraciət etmək lazımdır?
13/12/2019 Oxunub: 111 Orta qiymət: 3

Bildiririk ki, investisiya təşviqi sənədi İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara təqdim olunur. Bu sənədi əldə etmək üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Gulustan Asirova Arif gu***@mail.ru ID: 495
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125-ci “Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması” maddəsinin 125.1.4. bəndinə əsasən “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz” – Həmin maddənin 125.1.9. bəndinə əsasən “bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr - 10 faiz” ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.16.14-1. Maddəsinə əsasən “bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3 – cü “Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları” maddəsinin 3.5. bəndinə əsaən “Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz”. Müəssisəmiz Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilən Honkonq (Çin) ölkəsində təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxsə beynəlxalq daşıma üçün, ödəmə etməlidir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin maddələrinə müvafiq hər biri Ödəmə Mənbəyində Vergi olan verginin hansı tutulmalıdır, yəni 6%, 10% və ya hər iki 6% və 10% Ödəmə Mənbəyində Vergi olan vergini?
13/12/2019 Oxunub: 304 Orta qiymət: 5

Bildiririk ki, rezident müəssisə tərəfindən güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezidentdən alınmış mallara görə köçürülən məbləğdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezident tərəfindən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Aytac Mamedova Bu***@gmail.com ID: 544
Salam. Saytda internet vergi idarəsini tapa bilmirəm.
13/12/2019 Oxunub: 66 Orta qiymət: 5

İnternet vergi idarəsi ilə www.e-taxes.gov.az ünvanında tanış ola bilərsiniz. Həmin saytın “Yardım” bölməsində saytın bölmələri haqda istifadəçi təlimatları yerləşdirilmişdir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Rauf Həsənov rr***@mail.ru ID: 444
Salam. ƏDV bəyannaməsinin "muzdlu işlə əlaqədar vergi- yeni" bölməsində gəlirin məbləği və vergiyə cəlb edilən gəlirin məbləği arasında fərqin nədən ibarət olduğu haqda məlumat verərdiz. Misal üçün, əgər mənim hesablanmış əmək haqqım 500 manatdırsa və mənim veteran kimi 400 manatlıq güzəştim varsa bu qrafaya yəni vergiyə cəlb edilən gəlirin məbləği qrafasına 100 manat, yoxsa 500 manat məbləğ qeyd edilməlidir?
13/12/2019 Oxunub: 65 Orta qiymət: 5

Bildiririk ki, ƏDV bəyannaməsinin  “Cari hesabat ayında və ya hesabat dövrünün 1-ci ayında muzdlu işlə əlaqədar hesablamalar” adlı sətrində cari hesabat ayında əmək müqaviləsi üzrə işçilərin sayına iş icazəsi verilmiş, lakin əmək müqaviləsi bağlanmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də sayı əlavə edilməklə sayı, muzdlu işlə əlaqədar gəlir əldə etmiş faktiki işçilərin sayı, onlara hesablanmış gəlirin, habelə vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupuna uyğun olaraq vergiyə cəlb edilən gəlirin və bu gəlirə görə hesablanmış gəlir vergisinin məbləği qeyd edilir.

Gəlirin məbləği dedikdə hər hansı güzəşt tətbiq olunmadan ümumi gəlirləri nəzərə alınır. Vergiyə cəlb olunan gəlirlər dedikdə isə güzəşt və azadolmalar (o cümlədən Vergi Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulan azadolmalar) çıxıldıqdan sonra verginin hesablandığı məbləğ  nəzərdə tutulur.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Cesur Ehmedov ce***@gmail.com ID: 486
Salam. Fiziki şəxs sahibkar kimi şirkətlə daşınma xidməti həyata keçirmək üçün müqavilə imzalamışam. Digər şəxslər vasitəsilə bu daşınmanı həyata keçirsəm sənəd olaraq malların qəbul aktı vergi orqanı tərəfindən tanınırmı? Və əlavə olaraq bilmək istərdim ki, sadələşdirilmiş vergi ödəyicisi olarkən 200 000 azndən çox dövriyyə edərsəm hansı vergini ödəməliyəm?
13/12/2019 Oxunub: 139 Orta qiymət: 5

Bildiririk ki, respublika daxilində sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir. «Fərqlənmə nişanı» vergi ödəyicisinin təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir.

«Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınma xidmətinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.2-ci, 218.4.1-ci və 221.4.7-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Yaqub Məmmədov Məhəmməd oğlu ya***@mail.ru ID: 488
E-VHF hansı hallarda ləğv olunur?
13/12/2019 Oxunub: 89 Orta qiymət: 4

Nazirlər Kabinetinin  2009-cu il 28 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na əsasən,  elektron vergi hesab-fakturasının ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası  ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və bu zaman ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Cəfərova Nigar Oqtay qızı mi***@bk.ru ID: 500
MMC-nin yeganə təsisçisi oldugum halda, nizamnamə kapitalındakı iştirak payının 50% ni digər şəxsə hansı qaydada sata (və yaxud əvəzsiz təqdim edə) bilərəm. Həmin prosedur hansı qaydada aparılır və bunu keçirmək üçün hansı sənədlər toplusu tələb olunur (təsisçi qərarının forması və s.) Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.
13/12/2019 Oxunub: 156 Orta qiymət: 3

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəlikləri öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir. 

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci və 160-cı maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Teymur Mirzəyev he***@gmail.com ID: 513
Salam, mən Mirzəyeva Gülşən Xanlar qızı ayrı təsərrüfat kimi torpaq payımı ayırmaq istəyirəm. Amma texniki səhvlə bagli çətinliklə üzləşmişəm. Texniki səhv qardaşım Xəyal (Xəyalə) kimi yazılıb. Bunun üçün nə etməliyəm?
13/12/2019 Oxunub: 67 Orta qiymət: 5

Torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması və dəyişiklik edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Bəşir Əlimədətli Əli oölu be***@mail.ru ID: 559
Ümumi olaraq vergi borcumu öyrənmək istəyirəm. Bir də VÖEN hesabımın dondurulub- dondurulmaması haqda məlumat almaq istəyirəm.
13/12/2019 Oxunub: 52 Orta qiymət: 0

Vergi borcunuz barədə məlumatı Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "E-xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.d

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər.

Fəaliyyətinizin aktiv olub-olmaması barədə məlumat kommersiya və (və ya) vergi sirri hesab olunan məlumat sayılır, “Sual-cavab” bölməsində isə kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatlar verilmir.

Vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edərək, vergi borcunuz və fəaliyyətinizin aktiv olub-olmaması barədə məlumatı əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elnur sa***@mail.ru ID: 514
Salam. Sualım belədir ki, şirkəti onlayn qeydiyyat elemişik. İndi Hər dəfə onlayn kərguzarlıqda gələn məktubları oxumaq üçün asan imzadan istifade edirik. Pin kod almamısıq. Pin kodu onlayn qaydada necə əldə edə bilərəm?
13/12/2019 Oxunub: 87 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin birinci dəfə əldə edilməsi üçün vergi uçotunda olduğu vergi orqanına, hər hansı səbəbdən yeni istifadəçi kodu, parol və şifrənin əldə edilməsi üçün isə ərazi prinsipi nəzərə alınmadan istənilən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilər.

Müraciətinizdə qeyd olunan halda, “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və  “Elektron sənəd mübadiləsi haqqında Müqavilə” (2 nüsxədə) hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir.

Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı müraciət edən şəxsə təqdim olunur.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası” və Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” (Xidmət kodu: 1.7 və 2.6).

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nizami Həsənov Əliqulu ni***@mail.ru ID: 542
Müharibə veteranı adını almış Qarabağ döyüşçülərinin övladlarına gəlir vergisinin tutulmasnda güzəşt tətbiq edilirmi
12/12/2019 Oxunub: 51 Orta qiymət: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarındın hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Gülnar Rzayeva Fazil gu***@mail.ru ID: 558
Elektron qaydada verilmiş Dövlət Reystrindən çıxarışlar hüquqi qüvvəyə malikdirlərmi? Kağız formatı (imza və möhürlə təsdiqlənmiş) necə əldə etmək olar?
12/12/2019 Oxunub: 60 Orta qiymət: 5

Bildiririk ki, 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın kağız daşıyıcıda qeydiyyat orqanı tərəfindən verilməsi zərurəti aradan qaldırılmışdır.

Həmin qanunun 18.1-ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın qeydiyyat orqanı tərəfindən  kağız daşıyıcıda verilməsi zərurətinin aradan qaldırılması vergi ödəyicisini həmin sənədləri əldə etmək hüququndan məhrum etmir.

Eyni zamanda, bildiririk ki, hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) banklar tərəfindən elektron qaydada əldə edilməsi üçün texniki imkan yaradılmışdır.

Bu məqsədlə bankın əməkdaşı İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” bölməsinə daxil olaraq “Reyestr məlumatlarına baxış” bölməsində hüquqi şəxsin VÖEN-i və şəhadətnamə-dublikatın nömrəsini yığmaqla hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədləri (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) öz kompüterinə yükləyə bilər.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Yunis Yunisov Vüqar yu***@gmail.com ID: 556
Hüquqi şəxs fəaliyyəti zamanı istifadə etmək üçün icarəyə nəqliyyat vasitələri götürüb. Həmin icarədə olan nəqliyyat vasitələri üçün isə müəyyən təmir xərcləri(təkər, yağ, filtr və s.) çəkmək üçün icarədə olan bu nəqliyyat vasitələrini balansa salmaq istəyir. Sualım aşağıdakılardan ibarətdir. 1. İcarədə olan əsas vəsaitlərin balansa salınmaq qaydası necədir? 2. Icarə müqaviləsində nəqliyyat vasitələrinin qalıq dəyəri qeyd edilmədiyindən bu cür nəqliyyat vasitələrinin qalıq dəyərini necə qiymətləndirə bilərəm? 3. Qiymətləndirmə zamanı mütləq qaydada lisenziyalı qiymətləndirmə şirkəti ilə müqavilə bağlamalıyam yoxsa hüquqi şəxsin özü qiymətləndirməni icra edə bilər?
12/12/2019 Oxunub: 115 Orta qiymət: 2

İcarəyə götürülmüş əsas vəsaitlərin balansa salınması üzrə sənədləşmə proseduru ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

2/5 (3 Orta qiymət)
Qiymət ver:
Yunis Yunisov Vüqar yu***@gmail.com ID: 554
Müqavilə üzrə icraçı tərəf sifarişçi tərəfə dəymiş ziyana(zərərə) görə kompensasiya ödəyəcək. Dəymiş ziyanın(zərərin) yekun məbləğinin ödənilməsi üçün icraçı tərəf sifarişçi olan şirkətdən Elektron-Qaimə faktura tələb edir. Sualım aşağıdakılardır. 1. Zərərin(ziyanın) ödənilməsi üçün elektron qaimə faktura göndərilməsi qanunvericiliyə uyğundurmu? 2. Zərərin(Ziyanın) ödənilməsindən əldə edilmiş pul vəsaitini vergiyə cəlb olunan gəlir kimi tanımlamalıyıqmı?
12/12/2019 Oxunub: 78 Orta qiymət: 5

Cavab 1-2. Bildiririk ki, öhdəliyin icra edilməməsinə görə və ya dəymiş zərərə görə hüquqi şəxsə ödənilən vəsait satışdankənar gəlirlər kimi vəsaiti alan şəxsin mükəlləfiyyətindən asılı olaraq mənfəət (gəlir) vergisinə və ya sadələşdirilmiş vergiyə cəlb olunmalıdır.

Həmçinin vergi ödəyicisi vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur.

Qeyd olunan ödənişlərə görə elektron qaimə-fakturanın təqdim olunması üçün qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci maddəsi, 71.1-ci və 71-1-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kərimova Firəngiz Abdulqədir qızı fi***@socar.az ID: 511
Vergi Məcəlləsinin 102.2.5 maddəsində 01.01.2019-cu il tarixindən dəyişikliklər edilərək "və övladları" sözü əlavə edilmişdir. Bu dəyişikliklər barədə bir çox valideyni müharibə iştirakçısı olmuş işçilərin xəbəri olmamışdır. Məndə bu günlərdə xəbər tutaraq lazım olan sənədləri iş yerimə təqdim etmişəm. Sualım: əmək haqqımdan tutulan gəlir vergisi 01.01.2019-cu il. tarixindən yenidən hesablanacaq yoxsa iş yerinə Hərbi Komissarlıqdan arayışın təqdim edildiyi gündən?
12/12/2019 Oxunub: 50 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynova Rimma Nəbi qızı ro***@mail.ru ID: 355
Salam. Bir müəssisə (hüquqi şəxs) digər müəssisəyə (hüquqi şəxsə) borc müqaviləsinə görə faizsiz 10000 manat pul verir. Növbəti ayda 1-ci müəssisə borcunu geri qaytarır. Bilmək istərdim ki, bu halda müəssisələr vergiyə cəlb olunurmu və olunursa hansı vergiyə cəlb olunur. Və onun hesablanma qaydasını yazmağınızı xahiş edirik.
12/12/2019 Oxunub: 119 Orta qiymət: 1

Bildiririk ki, müəssisə tərəfindən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi halda verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.6-cı maddəsinə əsasən faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması yalnız nağdsız qaydada həyata keçirilir.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Oruc Huseynov Vilayet Or***@azeraluminium.com ID: 266
Salam.Tenderdə iştirak haqqı üzrə rüsum və çəkilən xərclər satınalan və təçhizatçı şirkətlərdə ayrı-ayrılıqda mühasibat uçotunda necə əks etdirilməlidir? Həmçinin daxil olan rüsumlar ədv və mənfəət vergilərinə cəlb olunurmu? Zəhmət olmazsa qanuni əsaslarla fikrimizi əsaslandıraq.
12/12/2019 Oxunub: 131 Orta qiymət: 4

Bildiririk ki, tenderdə iştirak üçün iştirakçılar tərəfindən ödənilən, tender keçirildikdən sonra iştitrakçılara qaytarılmayaraq təşkilatın sərəncamında qalan məbləğlər xidmətlərin təqdim olunması ilə əlaqədar əldə olunan gəlir kimi mənfəət və əlavə dəyər vergisinə cəlb olunur.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən bu məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 159-cu maddələri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ nömrəli Qanununun 29.2-ci maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
İbrahimov İbrahim Sadıq ib***@gmail.com ID: 549
Mən TEÇHPRO MMC-nin təsisçisiyəm. Özümü online işə qəbul qaydasıyla işə qəbul etməliyəm. Bunun daha dızgın yerinə yetirilməsi üçün kimdən və necəməsləhət və kömək almaq olar.
11/12/2019 Oxunub: 58 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxsin rəhbəri və digər işçiləri ilə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində həmin hüquqi şəxs çıxış edir.

Hüquqi şəxsin təsisçilərinin təsis müqaviləsində və ya iştirakçılarının ümumi yığıncağının qərarında hüquqi şəxsin adından onun rəhbəri ilə əmək müqaviləsi bağlamaq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti təsisçilərdən birinə həvalə oluna bilər. Bu halda, təsisçi əmək müqaviləsi bildirişinin elektron imzadan istifadə etməklə elektron informasiya sisteminə daxil edilməsini həyata keçirə bilər. Əgər bunun həyata keçirilməsi texniki cəhətdən mümkün olmazsa, onda hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan və rəhbəri barədə məlumat hüquqi şəxsin dövlət reyestrinə daxil edildikdən sonra hüquqi şəxsin rəhbəri elektron imza üçün sertifikatın əldə edilməsi ilə bağlı Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edərək “İş” tipli sertifikat alır. Bundan sonra hüquqi şəxsin rəhbəri özü ilə hüquqi şəxs arasında bağlanmış əmək müqaviləsinin bildirişini müstəqil olaraq elektron imzadan istifadə etməklə elektron informasiya sisteminə daxil edə bilər.

Əsas: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həmid Mustafayev ha***@gmail.com ID: 545
Salam. ƏDV qeydiyyatında olan A müəssisəsinin digər ƏDV qeydiyyatında olan B müəssisəsinə kreditor borcu var. B müəssisəsinin yazılı müraciəti əsasında ona olan borcu müraciətində göstərdiyi digər ƏDV qeydiyyatında olan C müəssisəsinin hesabına köçürmək olarmı? Əgər olarsa sonradan ƏDV-nin əvəzləşdirilməsində problem yaranmaz ki?
10/12/2019 Oxunub: 58 Orta qiymət: 0

Bildiririk ki, ƏDV ödəyicisi tərəfindən alınmış elektron vergi hesab-fakturasında göstərilən malların (işlərin və xidmətlərin) ƏDV-siz dəyəri nağdsız qaydada həmin malları (işləri və xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürüldükdə və həmin mallar (işlər və xidmətlər) kommersiya məqsədləri üçün nəzərdə tutulduqda ödənilən ƏDV məbləği əvəzləşməyə qəbul edilir.

Elektron vergi hesab-fakturasında göstərilən malların (işlərin və xidmətlərin) ƏDV-siz dəyərinin digər şəxsin hesabına ödənildiyi halda ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elşən Hüseynov mu***@inbox.ru ID: 543
“A” MMC kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olan şirkətdir. Bildiyimiz kimi Vergi Məcəlləsinin 164.1.18 maddəsinə əsasən “A” MMC kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olduğundan ƏDV-dən azaddır. “A” MMC istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışını yerli bazarla yanaşı xarici bazarlarda da həyata keçirir. Vergi Məcəlləsinin 175.4 maddəsinə uyğun olaraq ƏDV dən azad əməliyyatların ümumi dövriyyədə xüsusİ çəkisinə uyğun olaraq əvəzlişdirmə alır və hər ay ƏDV bəyannaməsini təqdim edir. Sualım bundan ibarəttir ki, “A” MMC-nin balansında olan kənd təsərrüfatı təyinatlı torpağın satışı əgər ƏDV bəyannaməsində əks etdirilməlidirsə hansı sətirə (Sütun) aid edilir, əks etdilmirsə səyyar vergi yoxlaması zamanı ƏDV-yə cəlb edilməyən əməliyyat kimi ümumi dövriyyəyə daxil edilib əvəzləşdirilən ƏDV məbləğinin azalmasına səbəb ola bilərmi? Sualın misalla izahı: AVQUST 2019 ƏDV BƏYANNAMƏSİ ƏDV bəyannaməsində göstərilən dövriyyənin cəmi: 100 000 Yerli bazarda satış (V.M. 164.1.18 ƏDV -dən azad) : 40000 Xarici bazarda satış (V.M. 165.1.3 ƏDV – yə 0% cəlb olunan): 60000 YGB və alınmış EVHF əsasən Ödənilmiş ƏDV məbləği : 15000 V.M. 175.4 maddəsinə əsasən əvəzləşdirilməyən məbləğ: 6000 ( 40 % xüsusi çəki) Əvəzləşdirilən məbləğ: 9000 (15000-6000) Kənd təsərrüfatı təyinatlı torpaq satışı: 30000 Torpaq satışı ƏDV bəyannaməsinə daxil edildikdə Ümumi dövriyyə: 130000 V.M. 175.4 maddəsinə əsasən əvəzləşdirilməyən məbləğ: 8076 (53.84% xüsusi çəki) Əvəzləşdirilən məbləğ: 6924 Misaldan göründüyü kimi artıq əvəzləşdirilmiş ƏDV məbləğ 2076 (9000-6924) AZN təşkil edir ki, buda səyyar vergi yoxlaması zamanı V.M.58.1 maddəsinə əsasən 1038 AZN maliyyə sanskiyası tətbiq edilə bilər.
10/12/2019 Oxunub: 162 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış vergi alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb olunmur, eyni zamanda, təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir, ödəmə mənbəyində notarius tərəfindən tutulmuş vergi də gəlirdən çıxılan xərclərə aid edilmir.

Sorğunuzda qeyd olunan halda hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim olunarkən sadələşdirilmiş vergiyə cəlb olunur.

 Əsas: Vergi Məcəlləsinin 218.4.5--ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver: