Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Vasif va***@gmail.com ID: 3466
Salam satış edən, ƏDV cekini verəcəm deyib, vermirsə hara şikayət edə bilərəm? Və şikayətə baxılırmı?
01/12/2020 Oxunub: 65 Orta qiymət: 5

Bildiririk ki, ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etmələridir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Nərmin Rəhimova Sübhan ne***@mail.ru ID: 3463
Salam, mənim anam və atam heç yerdə işləmir. Əsgər ailəsiyik, kirayə qalırıq. Bir mənəm çalışan bağçada, o da koronavirusa görə bağlanıb. Anam Bakı qeydiyyatı, 2 aydır 190 manatı ala bilmir. Zəhmət olmasa, bu barədə tədbir görəsiniz.
01/12/2020 Oxunub: 44 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Mamayev Novruz oğlu za***@rambler.ru ID: 3457
Salam. Hər vaxtınız xeyir olsun. Mən mənim adıma olan edvgerial.az dövlət portalından istifadə etməklə daim ödənişlər və köçürmələrdən istifadə edirəm. 29.11.2020 tarixində işlədiyim Avrora MMC tərəfindən mene verilmiş +994512555668 sayli nömrəyə hər dəfə olduğu kimi aylıq abunə haqqı olan 15 azn məbləği köçürərkən səhvən 051 əvəzinə 055 daxil etmişəm və mənim balansımdan bu məbləğ səhv yüklənmişdir. Hər ehtimala həmin nömrə ilə (0552555668) əlaqə saxlayıb ödənilmiş məbləği geri almaq üçün əlaqə yaratmaq istədim, ancaq təəssüf ki, bu nömrənin işləməyən bir nömrə olduğu üzə çıxdı. Bu barədə ilk əvvəl Bakcell müştəri xidmətlərinə müraciət etdim ki, mənə köməklik göstərsinlər. Ancaq onlar bunu edə bilməyəcəklərini dedilər. Kapital Banka muraciyet etməyimi bildirdilər. Kapital Bank-la da əlaqə yaratsam da onlarda bu müraciətə müsbət yanaşmayb problemlə bağlı ancaq Bakcell -ə müraciət etməyimi bildirdilər. Qısası hər iki qurum problemi həll etmək əvəzinə bir-birinin üzərinə atdılar. Sonda bu barədə sizə müraciət etmək istərdim, əgər bu barədə mənə nəsə köməklik edə bilərsinizsə şad olardım.
30/11/2020 Oxunub: 51 Orta qiymət: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfərov Surxay Səfadər Cs***@gmail.com ID: 3456
Salam mən Maliyyə-İqtisad kollecinin Vergi ve vergitutma ixtisasını bitirmişəm. Sadəcə mənə deyirlər ki, kollec təhsili ilə vergi orqanlarında işləyə bilmərəm. Ancaq ali təhsil olmalıdır. Əgər kollec təhsili ilə mümkündürsə, vergi orqanlarında hansısa sahəyə uyğun, necə istiqamətlənməliyəm? Məni bu barədə məlumatlandırmağınızı istərdim. İlk öncədən təşəkkür edirəm.
30/11/2020 Oxunub: 45 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eyvaz Aslanov Fəxrəddin ey***@mail.ru ID: 3455
Mən əcnəbi vətəndaşam, daimi yaşamaq icazəm var, VÖEN-im və Asan imzam var. Ancaq vəsiqənin fin kodu portallarda görsənmir. Bu gün mobil nömrə almaq istədim, vəsiqə görsənmədi.
30/11/2020 Oxunub: 43 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynov Nurlan Babək nu***@gmail.com ID: 3453
Class Mağaza adlı mağazadan 150 azn dəyərində alış veriş etdikdən sonra mənə təqdim edilən çeki götürdüm. Alış veriş üzərindən 5 gün keçməsinə baxmayaraq Fiskal ID hələ də aktiv deyil və ədv geri ala bilmirəm.
29/11/2020 Oxunub: 51 Orta qiymət: 0

Bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fuad Ələkbərov Məmmədəli oğlu fu***@gmail.com ID: 3451
Salam, mən 26 noyabr 2020 ildə saat 9:33, Sahil qəsəbəsində M.Seyidov küçəsində yerləşən aptekdən 78 manatdıq dərman almışam. Çekin №62900. İki gündür ki, məbləğin edv-si, ƏDVgerial saytı dahil etmir. Amma bunla yanaşı digər az məbləğli çeklər daxil olunur. Xahiş edirəm, bu məsələdə mənə yardım göstərəsiniz.
29/11/2020 Oxunub: 45 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəcizadə Nərmin na***@mail.ru ID: 3450
ƏDV geri qaytarılmasında problem yaşayıram, köməklik lazımdır.
28/11/2020 Oxunub: 39 Orta qiymət: 0

ƏDV-nin geri qaytarılmasında yaranan texniki suallarla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzi (195-1) və ya müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırova Bibixanım Polad bi***@mail.ru ID: 3448
Salam, mən "Bir Bank" vasitəsilə onlayn alış-veriş etdim, total 115$ çıxıldı məndən və əlavə olaraq 35 azn da vergi yazıb çıxdı. Səbəbi nədir?
28/11/2020 Oxunub: 94 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmməd İsmət Cəfər is***@mail.ru ID: 3447
Salam 1001 Xırdavat mağazamız var. Bilmək istərdim Hansı hesabatları verməliyəm? Hansı vaxtda? Təşəkkürlər.
28/11/2020 Oxunub: 93 Orta qiymət: 0

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Həmçinin bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir. 

Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə Dövlət Vergi Xidmətinə hesabat vermək sığortaedənlərin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən qeyd olunan şəxs hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı vergi orqanına təqdim etməlidir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 149-cu, 220-ci, 221-ci, 222-ci, 224-cü maddələri və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sabina sa***@gmail.com ID: 3446
Salam. Əgər elektron-qaimə vurulan şirkət tərəfindən təsdiq olmamışdırsa, onu sadəcə silmək olarmı?
28/11/2020 Oxunub: 68 Orta qiymət: 0

Satıcı tərəfindən göndərilmiş e-qaimə-faktura Alıcı vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir. Əgər həmin e-qaimə-faktura Alıcı vergi ödəyicisi tərəfindən 5 gün ərzində təsdiq edilməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir.

Bundan savayı satıcı vergi ödəyicisi göndərdiyi istənilən e-qaimə-fakturanı ləğv edə bilər. Bunun üçün o, “Göndərdiklərim” qovluğundakı ləğv etmək istədiyi e-qaimə-fakturanın seçir. Sonra “Seçilmişləri ləğv et” düyməsini sıxır və əməliyyatı təsdiqləmək üçün ləğvetmə səbəbini daxil edir. Sonda əməliyyat, gücləndirilmiş elektron imza vasitəsilə (Asan İmza və ya e-imza) təsdiqlənir. Nəticədə, e-qaimə-faktura ləğv edilir, onun vəziyyəti həm Satıcı, həm də Alıcı tərəfdə (onun “Gələnlər” qovluğunda) “Ləğv edilib” kimi əks olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əlibəyli Ramin Şahin oğlu al***@gmail.com ID: 3445
Salam. Fərdi sahibkar kimi qeydiyyatdan keçən və fəaliyyətə hələ başlamaması səbəbindən boş hesabatlar göndərən fiziki şəxs bunu uzunmüddətli bir prosesə çevirməyi qanun pozuntusu sayılırmı? Boş hesabatların göndərilməsinin qanunla nizamlanan maksimum bir müddəti varmı?
27/11/2020 Oxunub: 73 Orta qiymət: 5

Bildririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Arayışın təqdim olunması ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Lakin, vergi orqanı tərəfindən mənbəyi məlumatlar əsasında vergi ödəyicisinin vergidən yayınma halları müəyyən edildikdə, yayındırılmış məbləğ, o cümlədən faiz və maliyyə sanksiyası tətbiq oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 57.1-ci və 67-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Səbinə Poladzadə sa***@mail.ru ID: 3444
ƏDV-in qaytarılması ilə bağlı problemlər var. Qaytarılmalı olan məbləğlər qaytarılmır. Səbəbini bilmək olar?
27/11/2020 Oxunub: 41 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Novruzov Fikrət Tahir no***@gmail.com ID: 3438
Mən Gəncədə yaşayıram. Amma VÖEN-i Şirvan şəhərində açıblar. Gəncədə VÖEN-i baglatdıra bilərəm və necə, hara müraciət edim? Məlumat verin zəhmət olmasa.
27/11/2020 Oxunub: 37 Orta qiymət: 0

Vergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətnin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eliyeva gulnare behmen El***@list.ru ID: 3435
Salam. Mən keçən dəfə də sizlərə yazmışdım. Qanunsuz işləyən obyekt haqqında Şərabstan şərab evi qanunsuz işləyir. Saxta araq satıb mənə zəhərlənmişdim həmin gün. Bu haqda tədbir görülməsini sizdən xahiş edirəm. Aksizsiz siqaret satır, bu yolverilməzdir. Sizdən xahiş edirəm bu haqda tədbir görün.
27/11/2020 Oxunub: 84 Orta qiymət: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cavid Məmmədov ca***@gmail.com ID: 3434
Salam. Marketden ödəniş qəbzi almışam, amma edvgerial.az üçün lazım olan fiskal kod yoxdur üzərində nə etməliyəm?
26/11/2020 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Yuxarıda qeyd olunanlarla bağlı qarşılaşdığınız qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yaşar Bahadur Ali y.***@hotmail.com ID: 3432
Salamlar. Almaniyada yaşayıram, mühhədis kimi işləyirəm. Özüm türk soylu alman vətəndaşıyam, yoldaşım isə azərbaycanlıdır. Azərbaycanda bir şirkət qurub, burdakı bir alman şirkətinə xidmət işi görəcəm (technical advise service). Buna görə Azərbaycanda hansı vergiləri verməliyəm? Bu hagda məlumat verərsəniz çox sevinərəm. Hörmətlər. Yaşar Bahadur
26/11/2020 Oxunub: 59 Orta qiymət: 3

Bildiririk ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə Vergi Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Qeyd etdiyiniz halda, müəssisə il ərzində əldə etdiyi gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı olan xərclər çıxılmaqla 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Gülnar Calalova Cavanşir gu***@gmail.com ID: 3428
Salam. Sualım E-qaimə fakturanın təqdim edilməsi ilə bağlıdır. Qeyd edim ki, Vergi məcəlləsinin 71-1 maddəsinə əsasən iş və xidmətə görə E-qaimə 5 gün müddətinə təqdim olunmalıdır. (V.M. 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində) Lakin qoyulan vaxt çox qısa müddət olduğundan bunu izləmək olmur. Müştəri işlərin təhvil-təslim aktının təsdiqi olmadan E-qaimənin kəsilməsinə icazə vermir. (Kəsildiyi an ləğvini tələb edir) Aylıq iş həcmlərinin qarşılıqlı təsdiqlənməsi 5 gündən artıq vaxt tələb etdiyindən bu vaxtı izləmək olmur. Belə olduğu halda hər hansı bir vergi pozuntusu baş verdiyini söyləmək olarmı, və yaxud baş verirsə bununla bağlı sanksiyalar tətbiq olunurmu?
25/11/2020 Oxunub: 111 Orta qiymət: 1

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.

Qanunvericiliyə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Eyni zamanda bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır. 

Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan əməliyyatın faktiki mahiyyəti tam açıqlanmaqla müvafiq zəruri sənədlərlə, o cümlədən tərəflər arasında bağlanmış müqavilələr ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Əliyeva Xanım Vahab qızı xa***@gmail.com ID: 3425
Marketlərdə verilən çeklərdə fiskal id mütləq olmalıdırmı?
24/11/2020 Oxunub: 42 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aygül Allahverdıyeva ab***@icloud.com ID: 3424
Salam, mən edvigerıal.az saytına daxil ola bılmırəm. Parolumu yazıram, təkrar parol istəyir. Təkrar dəfələrlə yazıram, yenə də alınmır. Bunun səbəbi nədır, bılmək istəyirəm.
24/11/2020 Oxunub: 34 Orta qiymət: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: