Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Ədilov İmran Niyazi oğlu Se***@gmail.com ID: 3542
Salam, mən 3 dəfə birdəfəlik 190 manat yardım aldım. İyun ayında VÖEN açdırıb taksi fəaliyyəti ilə məşğul oldum 4 aydan sonra noyabr ayında Şəkidə sərt karantin oldu, taksi fəaliyyətinə icazə vermədilər. Mən də VÖEN-imi dondurdum, 1ay evdə işsiz oturdum. Mənə vergi yardımı düşür, yoxsa yox?
11/12/2020 Oxunub: 53 Orta qiymət: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi yalnız birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhməd Qafarov Mübariz eh***@mail.ru ID: 3541
Salam, mən VÖEN-mi müvəqqəti dayandırmışdım. Onlayn 3 gün qabaq ərizə göndərmişəm bərpası üçün, nə zaman açacaqlar? 1701842892
11/12/2020 Oxunub: 44 Orta qiymət: 0

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda, fəaliyyətinizi aktivləşdirmək üçün ilkin olaraq müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatları elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməldiir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament və Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Akife Akif ak***@icloud.com ID: 3532
Salam. Fiscal iD çek sistemə vurulmağına baxmayaraq 1 ay müddetində Çekden gelecek 83 azn balansımıza oturmadı. Gözləmədə oldu, artıq 3 ay sonra ləğv olundu. Qaynar xəttinizə müraciət etdim, həmin nömrədən tərəfimə problemin bankdan qaynaqlı olduğunu bildirdilər. Banka müraciət etdikdə isə çekin Vergilər Nazirliyi tərəfindən ləğv olunduğunu bildirmişdir. Həmin ƏDV-nin ləğv olunma səbəbini tərəfinizdən birdirməyinizi və məsələni ciddiyətə almağınızı xahiş edirəm. Qeyd edilən əlavə dəyər vergisini tərəfimə yenidən qaytarılmasını təmin edəsiniz.
09/12/2020 Oxunub: 48 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Röyal Ələkbərov Elşad al***@mail.ru ID: 3531
Salam. Mən taksi işləmək üçün Asan 4 Xidmət mərkəzində VÖEN açdım. Mart ayından sonra işləmədim. Hal-hazırda VÖEN-i necə bağlaya bilərəm? Bir də üstünə borc gəlirmi, onu bilmək istəyirəm.
09/12/2020 Oxunub: 77 Orta qiymət: 0

Bildiririk ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar və bu fəaliyyətlə bağlı vergi orqanına hesabat təqdim etmirlər. Qeyd olunanlara əsasən taksi fəaliyyətini həyata keçirən şəxslərin fəaliyyət göstəmədikləri halda vergi və sosial sığorta öhdəlikləri yaranmır və əlavə faiz hesablanmır. 

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 34-cü, 218.4.1-ci maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fatimə Bəşirzadə Faiq ba***@gmail.com ID: 3530
Salam. Mən bugün Alman aptekində 140 manatlıq dərman almışam. Lakin, fiskal cek istədikdə sistemin isşləməiyini dedilər. Bu nə dərəcədə düzgündür?
09/12/2020 Oxunub: 100 Orta qiymət: 5

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin  çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir.

İstismar zamanı nəzarət-kassa aparatında nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatını “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsinə aid edilmişdir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 16.1.10-cu maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Tofiq Məmmədov Yadulla oğlu gl***@mail.ru ID: 3529
Salam aleykum, məndə VÖEN var idi və mən onu bağlamışam 6.06.2020-cı ildə. Mənə dedilər 142 Çağrı Mərkəzində və həmin e-sosialda yazılıb işçi və işəgötürən. Amma mən hec yerdə işləmirəm. Xahiş edirəm bu məsələyə aydinlıq gətirəsiniz, təşəkkürlər.
09/12/2020 Oxunub: 33 Orta qiymət: 0

Dövlət Vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicilərinin VÖEN-ini əldə edə bilərsiniz.

İşçi və ya işəgötürən olaraq uçotda olub-olmadığınız haqda ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səbinə Məmmədova Məzahir em***@gmail.com ID: 3528
Yoldaşım taksi fəaliyyəti göstərir. Sualım odur ki, 3 saatlıq icazə müddətində taksi fəaliyyətini dayandırmamaq üçün hara müraciət etməlidir və nə sənədlər lazımdır?
09/12/2020 Oxunub: 66 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Məlumat üçün bildiririk ki, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınma xidmətinə görə isə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Fərqlənmə nişanı əldə etdikdən sonra, həmin şəxs "icaze.e-gov.az” portalı vasitəsilə müvafiq icazəni əldə etməklə fəaliyyətini həyata keçirə bilər. 

Əsas: Vergi Məcəlləsinin 224.1.1-ci, 224.6-cı, 224.7-ci və 224.10-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci, 14.6-cı madddələri və keçid müddəalara aid 2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli Qərarı. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İmanov Namiq Əlimusa im***@mail.ru ID: 3527
Salam. Məni 06.11.2020 tarixdə (Fiskal İD 9eNuEWauQ1xa) çeki qeydiyyatdan keçirmisəm. Amma hələ qaytarılmayıb. Bunun səbəbin mənə açıqlaya bilərsiz? Çox sağolun.
09/12/2020 Oxunub: 37 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması təmin edilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Röyal Eyvazov Vüqar ey***@gmail.com ID: 3526
Salam, hər vaxtınınz xeyir. Sualım belədir. Kiçik hərəkət məhdudiyyəti olan (III qrup əlil olan) şəxs Vergi xidmətinə qəbul olmaq və imtahanda iştirak etmək üçün sizlərə müraciət edə bilərmi?
09/12/2020 Oxunub: 39 Orta qiymət: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Qafulova Aliyə Bəxtiyar qızı ai***@mail.ru ID: 3525
Yazıb Sizdən xahiş edirəm ki, mən Qafulova Aliyə Bəxtiyar qızını fiziki şəxs kimi vergi uçotundan çıxardasınız. Mən Sizə öncədən də müraciət etmişdim. Sizin quruma növbəyə yazılmaq mümkün deyil. Xahiş edirəm nəzərə alasınız. Əvvəlcədən təşəkkür edirəm.
09/12/2020 Oxunub: 56 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Müvafiq normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Anar Fikrət a-***@mail.ru ID: 3521
Salam, mənin VÖEN-imin pin kodu zərfin içində yararsız hala düşüb, yəni ki indiyə qədər istifadə etməmişəm. Zərfi açdığımda isə məlum oldu ki, heç nə oxunmur və bilmək istərdim onun necə yenisini əldə etmək olar? Qeydiyatım Gəncə şəhəri, özüm Bakıda yaşayıram.
09/12/2020 Oxunub: 51 Orta qiymət: 4

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya yararsız hala düşdükdə, unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Zaur Adurov Mülatif ad***@yahoo.com ID: 3520
'Turizm və təhsilin inkişafına dəstək ' İctimai Birliyinin ( VÖEN N 1303101251) sədri Adurov Mülatif Hacı oğlunun vəfatından sonra mən Adurov Zaur Mülatif oğlu təşkilatın yeni rəhbəri kimi 16.10.2020 tarixində AR Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınmışam. Xahiş edirəm müvafiq qaydada eyni məlumatın qurumunuzda qeydiyyata alımnasında köməklik göstərəsiniz.
08/12/2020 Oxunub: 73 Orta qiymət: 5

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə hüquqi şəxsin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Mülki Məcəllənin 53.3-cü  maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Toğrul Kərimli Oruc ka***@gmail.com ID: 3517
Salam, mən asan imza xidmətinin ləğvi üçün hara müraciət etməliyəm və bunu onlayn şəkildə edə bilərəmmi?
08/12/2020 Oxunub: 63 Orta qiymət: 0

Bildiririk ki, Asan imza istifadəçisinin müraciəti əsasında sertifikatın qüvvəsinin dayandırılması mümkündür. Bunun üçün istifadəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ASAN Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) şəxsiyyətini təsdiq edən sənədin surətini və İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün ərizə  (Əlavə 2) təqdim etməlidir. Ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, ərizəyə etibarnamə əlavə edilməlidir.

Ətraflı məlumatla səhifəmizin "Asan imza" bölməsindən tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbrahimova Xəyalə Qədir qızı xe***@mail.ru ID: 3516
"LC Waikiki" mağazasından alış-veriş etdiyimiz çeklər QR kod vasitəsilə oxunmur. Fiskal İD oxunmur. Nəzarət edin mağazaya. Vergidə oturan operatorlarınız boş yerə oturub, şikayətçiyə faydası yoxdur.
08/12/2020 Oxunub: 61 Orta qiymət: 1

Bildiririk ki, bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

QR kod və Fiskal ID oxunmadığı hallarda çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

Ətraflı məlumatla edvgerial.az portalında "FAQ"  və ya "İstifadə qaydaları" bölmələrində tanış ola bilərsiniz.

1/5 (2 Orta qiymət)
Qiymət ver:
Həsənova Səidə Fərasət hm***@gmail.com ID: 3515
Mən Masallı qeydiyyatındayam. Adımda VÖEN olub, mən bağlı olduğunu bilirdim. Amma dondurulmuş olub. İndi avtomatik yenilənib, bağlamaq istəyirəm, kodu itirmişəm.
07/12/2020 Oxunub: 41 Orta qiymət: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hikmət Abdullayev ha***@gmail.com ID: 3514
Salam, VÖEN elektron şəkildə açdırmışam. Onun şifrə-paroluna ehtiyacım var. Rayona gələ bilmirəm, onu mənim yaxınlarım ya da poçt vasitəsi ilə əldə etmək mümkündürmü?
07/12/2020 Oxunub: 51 Orta qiymət: 0

Dövlət Vergi Xidməti ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin verilməsi vergi ödəyicisi tərəfindən müvafiq qaydada təqdim olunmuş “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” (2 nüsxədə) əsasında vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən əlbəəl formada təqdim olunur. 
Vergi ödəyicisinə məxsus  istifadəçi kodu, parol və şifrə digər şəxslərə yalnız notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında təqdim edilə bilər.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səbinə Bağırova Elxan el***@gmail.com ID: 3513
Biz "Qaradağ" marketdən aldığımız çekləri "edvgerial"da vururuq, amma qəbul olunmur.
07/12/2020 Oxunub: 48 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əsmər Hüseynova Elman es***@gmail.com ID: 3510
Mən noyabr ayında çek yükləmişəm, telefon alınıb çekin dəyəri 61.99 Fiskal Id 9xPbbDcVpVFX Vergilər Nazirliyinə müraciət etdim qaynar xəttə, dedilər bir ay tamam olsun, baxılacaq. Bugün müraciət edirəm, dedilər yazılı şəkildə bildirin, baxmırıq. 1-ci şikayətim ondan ibarətdirki insanlari ele salirlarbaxmirlar niye qaytarilmir evvel gosterdi yuklenib amma balansa yox sonradan 2 gün qalmis ayin tamamina legv olundu mene sebeb bildirilsin. eslinde alis etmisem edv gelmelidi men basqa hara muraciet ede bilerem?zehmet olmasa bildirin
07/12/2020 Oxunub: 45 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan ƏDV-nin geri qaytarılmasından imtina ilə bağlı müraciətinizi səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yusuf Nasirov su***@intrans.baku.az ID: 3509
Salam! Sualım texniki xarakter daşıyır, təhlükəsizlik ilə bağlıdır. Belə bir məlumat sisteminizə səhv etmirəmsə integrasiya olunmayıb. Misal üçün google account və ya digər böyük korporasiyalar kimi. Accounta giriş olan kimi, dərhal maila "sistemə giriş" etmək isdətikləri barədə məlumat gəlir, dərhal. Və ya sistemə daxil olduğda xüsusi bölmədə hansı İP ünvanlardan və hacan giriş olduğu barədə məlumat. Təhlükəsizlik üçün çox əhəmiyyətlidir məncə.
07/12/2020 Oxunub: 38 Orta qiymət: 1

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan hallarla bağlı elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1/5 (2 Orta qiymət)
Qiymət ver:
Samir Zeynalov Sabir oğlu sa***@mail.ru ID: 3508
Salam. Mən, 10-saylı Ərazi Məşğulluq mərkəzinə, müvafiq işimlə bağlı, təqdim etməli olduğum tələb olunan sənədlər arasında, biri də Vergi ödəyicisi olmadığım barədə arayışı almağımdan ötrü, Pandemiya ilə bağlı olaraq, yaradılmış https://www.e-taxes.gov.az/ebyn/novbe/#/ saytından, 2-saylı Ərazi Vergilər Baş İdarəsinin Siyəzən şəhər üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə, 07.12.2020-ci il tarixdə, saat 11:30-da, onlayn qəbula yazılmaq istəsəm də, elektron poçt ünvanı yerində bizə məxsus bir neçə e-mail ünvandan istifadə etsəm də,elektron poçtun düz olmaması ilə əlaqədar imtinalar gəldiyindən,heç cür onlayn qəbula yazıla bilmədim. Elektron poçt ünvanım sabir.zeynalov.54@mail.ru.Mənim tezliklə,tələb olunan vacib sənədi Vergilər mərkəzindən əldə edə bilməyim üçün, ya nöbəəyə yazılmağa və ya başqa hansı qanuna müvafiq qaydada mənə köməkilik göstərilə bilər? Xahiş edirəm mənə qanuna müvafiq qaydada köməklik göstərəsiniz.Öncədən təşəkkürü və minnətdarlığımı bildirirəm.
07/12/2020 Oxunub: 44 Orta qiymət: 5

Bildiririk ki, elektron xidmətin istifadəçisi pəncərənin “E-mail:” xanasında özünə məxsus elektron poçt ünvanı qəbul olunmuş beynəlxalq standartlarına uyğun olaraq daxil edir (proqram təminatında məhdudiyyətlər mövcuddur). Qeyd olunan məlumatlar daxil edildikdən sonra elektron xidmətin istifadəçisi tərəfindən “SİFARİŞ KODUNU E-MAİLA GÖNDƏR” sıxılmaqla onlayn növbənin tutulması barədə bildiriş (Onlayn növbə üçün müraciətin təsdiqlənməsi barədə Bildiriş) və onlayn növbənin unikal kodu istifadəçinin elektron poçt ünvanına göndəriləcəkdir.

Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver: