Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Samir Muradov sm***@mail.ru ID: 3653
Здравствуйте! Скажите пожалуйста к кому я могу обратиться по вопросу возврата НДС ( Advgeri al), Дело в том, что мне было отказано в возврате и хотелось бы знать почему? Спасибо, с уважением Samir
20/12/2020 Oxunub: 40 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Turunc Salimova tr***@mail.ru ID: 3652
Salam, Bakıda mağazaların birindən kompüter almışam. ƏDV çeki verilib, çeki sistemə vurdum, amma ödəniş ləğv olunub. Necə etməliyəm?
20/12/2020 Oxunub: 40 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Azər Hacıyev Arif oğlu ha***@gmail.com ID: 3649
09.11.2020-də saat 18:01:57-də Xətai Rayonu Ramiz Quliyev ev 4 ünvanındakı "Bravo Marketdən"( VÖEN 1403051411, Obyekt kodu 20001) məişət texnikalarının nağdsız alışı ( 4896.00 AZN) həyata keçirilib ( Fiscal İD ***********) alqı- satqı qüvvədədir, ləğv olunmayıb, alınan məhsullar və aidiyyatı rekvizitlər məndədir. Hansı səbəbdən sistemdə ( ƏDVGERİAL ) ləğv olunmuş kimi göstərilir. Hərəkət məhdudiyyətim var, anlaşılmazlıq necə və nə zaman aradan qaldırılacaq?
20/12/2020 Oxunub: 62 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səbinə Əsədzadə es***@gmail.com ID: 3646
Salam, mənim əvvəlki obyektim yandı, mən indi başqa obyektdə fərqli fəaliyyətlə məşğul olmaq istəyirəm. Hal-hazırkı obyektimi necə rəsmi edim?
20/12/2020 Oxunub: 68 Orta qiymət: 5

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz. 

Eyni zamanda, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması (“Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İlhamə abdullayeva Islam il***@gmail.com ID: 3645
Salam. 31.10.2020-ci ildə fiscal AXcjCSssH9Zk ləğv olundu. 20.12.2020 tarixində səbəb nədir?
20/12/2020 Oxunub: 38 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması təmin edilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orxan Nağıyev Elgiz or***@gmail.com ID: 3644
Salam. Mənim adıma və 14 il əvvələ aid olan VÖEN var və mən hal-hazırda əlavə ödənişli təhsil alıram. Təhsil müəssisi hal-hazırda pandemiya ilə əlaqədar olaraq işsiz şəxslərin illik ödənişlərinə 50% endirim edir, amma mən, bu endirimdən yararlana bilmirəm, çünki adımda VÖEN görünür. Zəhmət olmasa mənə ətraflı məlumat verin ki, mən bu VÖEN-i necə ləğv edə bilərəm. Zəhmət olmasa qısa müddətdə cavablandırın, çünki ödənişin məbləği az deyil.
20/12/2020 Oxunub: 76 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Natiq Məmmədov Fayir na***@mail.ru ID: 3643
Salam. Mən taxmanat proqramı yükləmişəm avqust ayında. Ədvləri geri almaq üçün. Həmin proqramın balansında 250 manata yaxın ədv geri yaranıb. Mən həmin məbləgi bir karta və yaxud ədv. geri saytına yükləyə bilmirəm ki, istənilən ödənişləri edim. Həmin saytların balansında ƏDV geri 0 göstərir. Mənə bu barədə köməklik etmənizi xahiş edirəm. Taxmanat şirkətinin ünvanı barədə məlumat versəydiniz, gedib özüm müraciət edərdim.
19/12/2020 Oxunub: 46 Orta qiymət: 3

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və “BirBank” tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və “Birbank” tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Axundzadə Səfayət Rasim qızı se***@gmail.com ID: 3641
VÖEN-i ləğv etmək üçün.
19/12/2020 Oxunub: 35 Orta qiymət: 0

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rüstəmov Ramik telman Ra***@mail.ru ID: 3640
12.11.2020 tarixində vurulan çekin ƏDV-si nə vaxt qaytarılır?
19/12/2020 Oxunub: 41 Orta qiymət: 0

Bildiririk ki, alınmış mallara görə ödənilmiş ƏDV-ni istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 (otuz) gün müddətində müvəkkil bank qaytarır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əvəz Kərimov Gülhəsən qa***@gmail.com ID: 3638
Mən adımda olan "TABAKERKA" MMC ni aktiv etmək istəyirəm.
19/12/2020 Oxunub: 38 Orta qiymət: 0

Bildiririk ki, fəaliyyətinizi aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 23.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elxan Ismailov Yusib el***@mail.ru ID: 3636
Salam. Bilmək istərdik pandemiyadan zərər çəkmiş kiçik sahibkarlara dəstək nə zaman köçürüləcək? Faktiki olaraq fəaliyyətimiz dayandırılıb. Fəaliyyət növü gözəllik salonudur, bilmək olar ödəniş olacaq?
19/12/2020 Oxunub: 46 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilməkdədir. Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nicat Ni***@mail.ru ID: 3634
Salam. Mən dövlət işində işləyirəm, atam 1-ci Qarabağ müharibəsi veteranıdır, ha-hazırda yaşayır və veteran vəsiqəsi də var. Bilmək istəyirəm ki, atamın veteran olmağı, mənim üçün əmək haqqında hansısa güzəştə şamil olunur?
19/12/2020 Oxunub: 57 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt sizə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məhərrəmov Elxan Eldar oğlu me***@bk.ru ID: 3631
Salam. Mən Məhərrəmov Elxan Eldar oğlu hal-hazırda Rusiyada işləyirəm. Burada məndən Qazprom bank kartı almaq üçün Azərbaycanda mənim adıma olan TIN kod istəyirlər. Lakin, bu TIN kod barədə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm sizdən, mənim adıma olan TIN kodu mənim poçtuma göndərdiniz.
18/12/2020 Oxunub: 89 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan TIN (Taxpayer Identification Number), yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır.

Bu halda Azərbaycan Respublikasının hüdudlarındanr gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı və il ərzində əldə etdiyi gəlirlərdən xərclər çıxılmaqla, gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101-ci, 127-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kənan Şükürov Elşən re***@mail.ru ID: 3630
Asan imza sertfikatı onlayn necə əldə edim? Asan xidmətdə növbə götürmək mümkün deyil, kömək edin.
18/12/2020 Oxunub: 40 Orta qiymət: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bədirbəyli Natiq Namiq be***@gmail.com ID: 3629
Salam, bilmək istəyirəm ki fiziki şəxs yük daşıma xidməti ilə məşğuldur (fəaliyyət kodu 49411). E-qaimə kəsməlidir, dövriyyəsi 200 000-i keçmir. Belə olan halda hansı vergi öhdəliyi yaranır və 75% güzəştə düşürmü? Zəhmət olmasa bilgilənməyim üçün köməklik göstərərdiniz. Əvvəlcədən təşəkkürlər
18/12/2020 Oxunub: 115 Orta qiymət: 5

Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, ölkə daxilində yüklərin daşınmasını mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.

Onu da bildiririk ki, sadələşdirilmiş vergi ilə məcburi dövlət sosial sığorta haqqı eyni vaxtda ödənildikdən sonra "Fərqlənmə nişanı" almaq mümkün olur və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsinə ehtiyac qalmır.

Həmin şəxslər üçün sadələşdirilmiş vergi şəxsin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin yükgötürmə qabiliyyəti üçün hər tona görə 1,0 manat məbləğinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci, 220.5-ci, 221.4-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Dadayev Şarabuddin se***@gmail.com ID: 3628
Torpaq vergisi varmı? Sotuna nə qədər hesablanır və mən o vergini istədiyim poçta keçirə bilərəmmi?Bizə çek verilmir, deyirlər qeydiyyatda olan bələdiyyəyə keçir. Nə dərəcə düzgün bir şeydi? Tutaq mən orada yaşamıram, başqa rayondayam. Mən vergidən ötəri Balakən rayonuna gəlməliyəm, qeydiyatda olan bələdiyyəyə?
18/12/2020 Oxunub: 83 Orta qiymət: 0

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən vergitutma məqsədləri üçün torpaq sahəsi 3 kateqoriyaya bölünüb:

a) Kənd təsərrüfatı üçün nəzərdə tutulan və təyinatı üzrə istifadə olunan;

b) Kənd təsərrüfatı üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan;

c) Digər (yaşayış, sənaye, nəqliyyat və s. təyinatlar üzrə) istifadə olunan torpaqlar.

Yuxarıda qeyd olunan torpaq sahələrinin hər bir kateqoriyasına görə Vergi Məcəlləsində ayrı-ayrı vergi dərəcələri nəzərdə tutulmuşdur. Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Torpaq vergisinin dərəcələri Vergi Məcəlləsi ilə müəyyən edilir, lakin bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədov Rəşad Xudaverdi oğlu re***@gmail.com ID: 3627
Salam, mən Cəlilabad şəhər sakini VÖEN-i bağlatdıra bilmirəm, xahiş edirəm mənə köməklik göstərəsiniz.
18/12/2020 Oxunub: 48 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abiyev Ramin Zakir ra***@mail.ru ID: 3625
Salam. Mən həkim olaraq evlərdə səyyar tibbi xidmət göstərirəm. Lakin karantin ilə bağlı məhdudiyyətlərə görə sms icazə ilə hərəkət etməli oluram, çünki rəsmi olaraq heç bir yerdə işləmirəm. Bilmək istərdim ki, səyyar tibbi xidmətlə bağlı vergi ödəyicisi olaramsa, müvafiq icazə portalından qeydiyyatdan keçə bilərəm? Yəni SMS icazə olmadan karantin müddətində maneəsiz hərəkət edə bilərəm? Xahiş edirəm cavablandırasınız.
18/12/2020 Oxunub: 55 Orta qiymət: 5

Bildiririk ki, özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət hesab olunduğu üçün qeyd olunan fəaliyyət vergi ödəyicisi kimi uçota alınaraq və liseniya əldə etdikdən sonra həyata keçirilməlidir.
Eyni zamanda bildiirik ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur. Müvafiq lisenziya əsasında fəaliyyət göstərən şəxslərin xüsusi karantin rejimi müddətində hərəkətinə icazə verilir.
Əsas: Vergi Məcəlləsinin 33-cü və İnzibati Xətalar Məcəlləsinin 210-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Qəhrəmanlı Nərgiz Asif qızı ne***@gmail.com ID: 3624
Salam, mən adımda olan VÖEN-i ləğv etmək istəyirəm. Bunun üçün əməkdaşlarınızın bildirdiyi kimi ərizə nümunələrindən "Fiziki şəxsin uçotdan çıxarılması" ərizəsini yükləməyə çalışıram, heç bir halda mümkün olmur. Çox xahiş edirəm mənə tez bir zamanda köməklik edəsiniz.
18/12/2020 Oxunub: 38 Orta qiymət: 0

Vergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abiyev Elşən Mailxan el***@mail.ru ID: 3622
Asan imza Sertifikatının qurtarma vaxtına bir ay vaxt qalıb, onun vaxtını necə uzada bilərəm?
18/12/2020 Oxunub: 74 Orta qiymət: 0

Bildiririk ki, ilk dəfə Asan İmza sertifikatı əldə etmək istəyənlər və ya mövcud sertifikatının qüvvədə olma müddəti artıq bitən şəxslər istisna olmaqla, “Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür. 

Vergi ödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergi ödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.

Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” ilə Buradan tanış ola bilərsiz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver: